Logo

Azərbaycan əhalisinə 3 günlük XƏBƏRDARLIQ - Bu ərazilərdə...

Azərbaycan əhalisinə 3 günlük XƏBƏRDARLIQ - Bu ərazilərdə...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bakıda və bölgələrdə qeyri-sabit hava şəraiti noyabrın 10-dək davam edəcək.

Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimal olunur.

Ölkənin rayonlarında da qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntı düşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir.

Qeyd olunub ki, yağıntılarla əlaqədar çaylarda sululuq artacaq. Böyük Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçməsi istisna edilmir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR