Azərbaycanda yayılan virusun adı açıqlandı

Azərbaycanda yayılan virusun adı açıqlandı

Əhali arasında son günlər qrip simptomlarına bənzər virus yayılıb. Bu xəstəlik yüksək hərarət, boğazda ağrı, halsızlıq, burun axması, tutulması və bir sıra əlamətlərlə xarakterizə olunur.

 

Bəs görəsən, adını qoya bilmədiyimiz və ağır göstəricilərlə keçirilən xəstəlik əslində nədir? Onun ciddi fəsadları ola bilər?

 

Sfera.az xəbər verir ki,Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirdi ki, hal-hazırda Azərbaycanda COVID-19 infeksiyasının "Omikron" ştamı mövcuddur:

 

"Azərbaycanda, həm də bir çox digər ölkələrdə COVID-19 infeksiyasının "Omikron" variantının bəzi altnövləri hələ də dövriyyədədir. Bu ştamlar yüksək yoluxuculuq qabiliyyətinə malik olsa da, sağlam və immun sistemi normal olan insanlarda xəstəlik əsasən yüngül keçir və bir neçə gün ərzində sağalma ilə nəticələnir.

 

Risk qrupuna aid olan şəxslərdə isə xəstəliyin ağır keçməsi mümkündür

 

Yüksək hərarət, boğaz ağrısı, burun axması və ya tutulması, öskürək, oynaq və əzələ ağrıları ilə müşahidə olunan hallar isə əksər hallarda müxtəlif respirator virus infeksiyaları ilə bağlıdır. Bu viruslar əsasən hava-damcı yolu ilə yayılır və xüsusilə insanların sıx toplaşdığı məkanlarda sürətlə yoluxma halları baş verir.

 

Bu cür simptomlarla müşahidə olunan infeksiyalar çoxdur və onların gedişatı şəxsin fərdi xüsusiyyətlərindən - xüsusilə immun vəziyyətindən asılı olaraq dəyişə bilər.

 

İnfeksiyalardan qorunmaq üçün ən effektiv yol - hava-damcı yolu ilə yayılan xəstəliklərə qarşı standart gigiyenik və profilaktik tədbirlərə əməl etməkdir. Bu tədbirlərə maskadan istifadə, əllərin mütəmadi yuyulması, qapalı və izdihamlı məkanlardan uzaq durmaq kimi tədbirlər daxildir".


OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...