Putin
Putin-Tramp görüşü müzakirə olunur – Tarix açıqlandı
Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində ikitərəfli görüş keçirməsi ehtimalı diplomatik kanallar vasitəsilə müzakirə olunur. Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib. “Belə bir görüşün keçirilməsi məsələsi müvafiq kanallar vasitəsilə müzakirə olunur”, – deyə Uşakov qeyd edib. Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammiti
Siyasət11.11.2026 20:40
Putinlə Paşinyan görüşəcək? - Rusiyadan CAVAB
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilə biləcək görüşün müəyyən şərtlərlə əlaqələndirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Sfera.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a açıqlamasında bildirib. Diplomat Putin və Paşinyanın görüşünün yalnız İrəvanın “Rosatom” şirkətinin Ermənistanda yeni atom elektrik stansiyası tikməsinə razılıq verəcəyi və ya Rusiya tərəfinin Ermənistan
Siyasət09.11.2026 11:12
Zelenski Putinlə görüşəcək? - AÇIQLAMA
Rusiya və Ukrayna arasında davam edən müharibənin diplomatik yollarla həlli məsələsi yenidən gündəmə gəlib. Rusiya rəsmiləri Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq üçün Moskvaya səfər edə biləcəyini bildiriblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə bir görüşün baş tutacağı təqdirdə Zelenskinin təhlükəsizliyinə zəmanət veriləcəyini vurğulayıb. Lakin müharibənin davam etdiyi, tərəflər arasında siyasi və hərbi gərginliyin
Dünya03.11.2026 17:48
Ukrayna nə üçün Rusiya əhalisini hədəf almır? - AÇIQLAMA
Rusiya ordusunun Ukraynanın yaşayış məntəqələrinə endirdiyi zərbələr mülki əhali arasında itkilərə səbəb olmaqda davam edir. Rusiya tərəfindən noyabrın 2-də Zaporojye vilayətinin Kamışevaxa qəsəbəsində humanitar yardımın paylandığı məktəb binasına və sığınacağa aviazərbələr endirilib. Son məlumatlara görə, hücum nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb. Ukrayna isə Rusiyanın hücumlarına cavab olaraq mülki əhalini birbaşa hədəfə almır. Kiyev Rusiya ərazisində əsasən hərbi, logistika və enerji
Siyasət03.11.2026 14:45
Tramp Konqres seçkilərindən sonra Putinlə yaxınlaşa bilər
Avropanın NATO-ya üzv ölkələri ABŞ Prezidenti Donald Trampın Rusiya ilə münasibətləri daha da yaxınlaşdıracağından ehtiyat edirlər. Sfera.az bildirir ki, “Politico” nəşrinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, demokratların ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərində qələbə qazanması Trampın xarici siyasətdə öz mövqeyini gücləndirmək cəhdlərinə səbəb ola bilər. Bu isə onun Rusiya ilə daha geniş razılaşmalara getməsi ehtimalını gündəmə gətirir. NATO-nun keçmiş mətbuat katibi
Siyasət02.11.2026 09:50
Putin müharibə haqqında: “Heç kim qalib olmayacaq”
Rusiya Prezidenti Vladimir Putin Avropa ilə müharibə istəmədiklərini, lakin mümkün hərbi qarşıdurmaya hazır olduqlarını bildirib. Sfera.az xəbər verir ki, Putin bu barədə Moskvada Rusiya-Afrika Zirvəsindən sonra Burundi Prezidenti Evariste Ndayişimiye ilə birgə mətbuat konfransında danışıb. Avropa ölkələrinin 2030-cu ilədək Rusiya ilə müharibəyə hazırlaşması ilə bağlı açıqlamaları şərh edən Putin deyib: “Biz buna hazırıq. Lakin Avropa ilə müharibə istəmirik. Əgər bunu istəyən varsa,
Region30.10.2026 14:42
Putin G20 sammitində iştirak edəcək? - Kremldən CAVAB
Rusiya Prezidenti Vladimir Putinin dekabrda ABŞ-də keçiriləcək G20 sammitində iştirak edib-etməyəcəyi hələ məlum deyil. Sfera.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, Putin sammitə dəvət alıb, lakin iştirakla bağlı yekun qərar hələ qəbul edilməyib. Peskov bildirib ki, məsələ bütün mövcud şərtlər nəzərə alınmaqla nəzərdən keçiriləcək. G20 sammiti dekabrın 14-15-də ABŞ-nin Mayami şəhərində keçiriləcək. Bundan əvvəl ABŞ Prezidenti Donald
Siyasət22.10.2026 14:49
"Putin, Tramp və Zelenskinin görüşü ilə bağlı hazırlıq gedir"
Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin mümkün üçtərəfli görüşü ilə bağlı hazırlıq prosesi davam edir. Sfera.az bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə açıqlamasında bildirib. Diplomat qeyd edib ki, məsələ müzakirə olunur, lakin hələlik yekun razılaşma əldə edilməyib. Onun sözlərinə görə, mümkün görüşlə bağlı işlər davam etdirilir. Fatimə Sfera.az
Siyasət22.10.2026 13:51
Avropa Putinlə danışıq üçün namizəd axtarır: Kim olacaq?
Avropa İttifaqında (Aİ) Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlar aparmaq üçün xüsusi nümayəndənin müəyyənləşdirilməsi məsələsi müzakirə olunur. Çexiya Prezidenti Petr Pavel Aİ ölkələrinin Rusiya ilə dialoq aparmaq üçün vahid nümayəndə və ya səlahiyyətli nümayəndələr qrupu müəyyənləşdirməli olduğunu bildirib. Avropalı diplomatlardan biri qeyd edib ki, danışıqlarda ayrı-ayrı şəxslərin eyni vaxtda Aİ adından çıxış etməsi səmərəli deyil. “Biz hər biri Avropa İttifaqı adından danışan
Siyasət22.10.2026 13:00
Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi gözlənilən görüşlə bağlı açıqlama verib. Sfera.az bildirir ki, Zelenski “Corriere della Sera” qəzetinə müsahibəsində bu görüşdə Ukraynanın iştirak edib-etməyəcəyindən daha vacib məsələnin Putinin beynəlxalq təcriddən çıxması prosesi olduğunu bildirib. “Bu, yalnız görüşün bizim iştirakımızla, yoxsa bizsiz keçirilib-keçirilməyəcəyindən ibarət deyil.
Dünya20.10.2026 19:48
Putin dünyanı qorxudan sənədə imza atdı – ruslar üçün xaricə ordu yeridiləcək
Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrdə saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının “qorunması” məqsədilə ordu qüvvələrinin istifadəsinə imkan verən qanunu imzalayıb. Sfera.az xəbər verir ki, sənədə əsasən, Moskvanın tərəf olmadığı beynəlxalq müqavilə və ya Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı olmadan xarici məhkəmələrin çıxardığı qərarlar əsasında həbs edilən, saxlanılan və ya mühakimə olunan Rusiya vətəndaşlarının müdafiəsi üçün hərbi
Region16.10.2026 20:36
Macarıstan geri çəkildi: Rusiya-Ukrayna müharibəsinin gedişatı dəyişəcək?
Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, ölkəsi Ukraynaya silah tədarük etməkdən imtina edir və onların öz ərazisindən keçirilməsinə icazə verməyəcək. Bununla belə, o, Kiyevlə münasibətləri bərpa etmək üçün “kiçik addımlar atmağa” hazır olduğunu qeyd edib və bu həftə Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi istisna etməyib. Bəs bu mövqe Rusiya-Ukrayna müharibəsinin gedişinə və sülh danışıqlarına təsir göstərə bilərmi? Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli
Dünya12.10.2026 15:00
Putin vəd verdi: İrana necə dəstək göstərəcək?
Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkianın Türkmənistanda keçirilən görüşündə Yaxın Şərqdəki vəziyyət müzakirə olunub. Putin həmkarına ölkəsinin regiondakı vəziyyətlə bağlı İrana əlindən gələn köməyi göstərməyə hazır olduğunu bildirib. Eyni zamanda, Rusiya lideri İranın münaqişənin başa çatdırılması istiqamətində real addımlar atdığını və Moskvanın bundan xəbərdar olduğunu vurğulayıb. Putinin açıqlaması Rusiyanın İrana dəstəyinin hansı istiqamətləri əhatə edə biləcəyi
Siyasət09.10.2026 14:34
Putin MDB sammitində İlham Əliyevlə ayaqüstü söhbət edib
Rusiya Prezidenti Vladimir Putin Türkmənistanda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ayaqüstü söhbət edib. Sfera.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov bildirib ki, Putin sammit çərçivəsində Əliyevlə ayaqüstü söhbətləşib.
Siyasət08.10.2026 22:54
Zelenskinin üçtərəfli görüş təklifi: Putin razılaşacaqmı?
Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin nizamlanması məqsədilə oktyabr ayında Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşə hazır olduqlarını bəyan edib. Əvvəl də üçtərəfli görüşün keçirilməsi təklif olunub. Lakin əsasən Rusiyanın öz mövqeyində dəyişikliklik etməməsi görüşü mümkünsüz edib. Bəs bu görüşün baş tutma ehtimalı nə qədərdir? Politoloq Elxan Şahinoğlu Sfera.az - a açıqlamasında üçtərəfli görüşün keçirilməsi ehtimalının yüksək olmadığını bildirib. Onun
Dünya05.10.2026 13:44
Trampdan sonra Rusiya ilə münasibətlər pisləşəcək - İDDİA
ABŞ Kommunist Partiyasının beynəlxalq məsələlər üzrə katibi, amerikalı jurnalist Kristofer Helali Rusiya ilə ABŞ arasındakı münasibətlərin Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra “normallıqdan kənar mərhələyə” keçə biləcəyini deyib. Sfera.az xəbər verir ki, Helali bu barədə Moskvada keçirilən “Feyklər haqqında dialoq 4.0” beynəlxalq forumunun yekunları ilə bağlı açıqlamasında danışıb. O, tərəflərin münasibətləri tam şəkildə normallaşdıra biləcəyinə əmin olmadığını bildirib.
Siyasət02.10.2026 11:34
Putin açıqladı: Nə 2030, nə də 2050-ci ildə…
Rusiya nə 2029-cu ildə, nə 2030-cu ildə, nə də 2050-ci ildə heç kimə hücum etmək niyyətində deyil. Sfera.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı deyib. Putinin sözlərinə görə, Rusiyaya birbaşa hücum ediləcəyi təqdirdə ölkənin sərəncamında olan bütün silahlardan istifadə məsələsi qaçılmaz olaraq gündəmə gələcək./axar.az
Region01.10.2026 21:00
"Putin ABŞ-Çin dostluğunu təhlükə kimi görmür" - ŞƏRH
ABŞ və Çin arasında son dövrdə keçirilən yüksək səviyyəli təmaslar Vaşinqton-Pekin münasibətlərində yeni mərhələnin formalaşması ehtimalını gündəmə gətirib. Belə bir fonda Rusiya Prezidenti Vladimir Putinin Çin lideri Si Cinpinlə APEC sammiti çərçivəsində görüşəcəyini açıqlaması Moskva-Pekin münasibətlərinin gələcək istiqaməti baxımından da diqqət çəkib. Putin görüşün iki ölkə arasında strateji əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib. Vaşinqton-Pekin
Siyasət01.10.2026 14:11
Putin ordu ilə bağlı həmin fərmanı imzaladı
Rusiya Prezidenti Vladimir Putin hökumətə Rusiya Silahlı Qüvvələrinin yeni şəxsi heyət sayının müəyyən edilməsi ilə əlaqədar Müdafiə Nazirliyinə vəsait ayırmaq barədə tapşırıq verib. Sfera.az xəbər verir ki, bu barədə hüquqi aktların rəsmi portalında dərc edilmiş prezident fərmanında qeyd olunub. Sənədə əsasən, Rusiya ordusunun təsdiqlənmiş şəxsi heyət sayı 2 441 630 nəfər (o cümlədən 1 550 500 hərbi qulluqçu) səviyyəsində müəyyən edilib. Fərmanın icrası məqsədilə hökumət dövlət büdcəsindən
Siyasət28.09.2026 22:56
Putin Ukrayna ilə bağlı Qərbə yeni mesaj verdi
“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqların mümkün bərpası barədə açıqlaması Qərbə boş vədlərə etimadsızlıq siqnalıdır”. Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Avropada Böhranların Öyrənilməsi Mərkəzinin rəhbəri Nicat Sezgin “RIA Novosti”-yə açıqlamasında bildirib. “Əsas siqnal odur ki, mümkün danışıqlar prosesi real vəziyyəti nəzərə almalıdır. Proses tərəflərdən birinin sonradan üzərinə götürdüyü öhdəlikləri dəyişəcəyi ehtimalına əsaslanmamalıdır”, – deyə analitik
Dünya28.09.2026 20:18
Putindən sərt bəyanat
Rusiya Prezidenti Vladimir Putin Avropadakı bəzi siyasi dairələrin Rusiyaya qarşı mövqeyi ilə bağlı növbəti dəfə sərt bəyanatla çıxış edib. Sfera.az xəbər verir ki, Rusiya dövlət başçısı bildirib ki, Avropada yerləşən "aqressiv dairələr" Rusiyanın inkişafının və nüfuzunun qarşısını almaq məqsədi güdürlər. Putinin sözlərinə görə, həmin qüvvələr öz geopolitik maraqlarını təmin etmək üçün Ukraynadan və onun əhalisindən sadəcə "top yemi" kimi istifadə etməyə çalışırlar./yenisabah
Dünya26.09.2026 20:45
Üçtərəfli görüş baş tutmayacaq... - SƏBƏBLƏR
ABŞ Prezidenti Donald Trampın Nyu-Yorkda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə Rusiya Prezidenti Vladimir Putinin həm Tramp, həm də Zelenski ilə danışıqlara hazır olduğunu bildirməsi Rusiya-Ukrayna müharibəsinin diplomatik yolla həlli məsələsini yenidən gündəmə gətirib. Digər tərəfdən, Zelenski ABŞ-dən yeni hərbi yardım, xüsusilə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsini istəyib. Bəs ABŞ-nin vasitəçiliyi ilə aparılan danışıqlarda Vaşinqtonun real təsir imkanları nə
Siyasət24.09.2026 11:18
ABŞ Putini G20 sammitinə dəvət etdi
ABŞ Rusiya Prezidenti Vladimir Putini dekabrın 14-15-də Mayamidə keçiriləcək "Böyük İyirmilik" (G20) sammitinə dəvət edib. Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio bəyan edib. "Biz Prezident Putini G20 sammitinə dəvət etmişik. Hesab edirik ki, bu, onun üçün təkcə Prezidentlə deyil, digər dünya liderləri ilə də ünsiyyət qurmaq imkanıdır", - deyə o bildirib. Rubio həmçinin sammit çərçivəsində Putinlə ABŞ Prezidenti Donald Tramp arasında görüşün mümkünlüyünü istisna
Siyasət23.09.2026 22:57
Rusiya-Ukrayna müharibəsi qışadək bitəcək? - Politoloqdan AÇIQLAMA
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla Nyu-Yorkda keçirdiyi görüşdən sonra Kiyev və Vaşinqtonun Rusiya-Ukrayna müharibəsinin qışdan əvvəl başa çatmasını istədiyini açıqlayıb. Tərəflər diplomatiyaya yol aça biləcək addımları, Ukraynanın hava hücumundan müdafiəsini və enerji obyektlərinə qarşı hücumları da müzakirə ediblər. Həqiqətən də müharibənin qışdan öncə bitmə ehtimalı varmı? Məsələ ilə bağlı Sfera.az -a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, mövcud
Siyasət23.09.2026 14:36























