Putinlə Paşinyan görüşəcək? - Rusiyadan CAVAB
Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilə biləcək görüşün müəyyən şərtlərlə əlaqələndirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik Ermənistan”a açıqlamasında bildirib.
Diplomat Putin və Paşinyanın görüşünün yalnız İrəvanın “Rosatom” şirkətinin Ermənistanda yeni atom elektrik stansiyası tikməsinə razılıq verəcəyi və ya Rusiya tərəfinin Ermənistan dəmir yollarının idarə olunması üzrə konsessiyasının davam etdirilməsi istiqamətində müsbət qərar qəbul ediləcəyi təqdirdə baş tuta biləcəyi barədə məlumatları şərh edib.
Kopırkin belə bir ssenaridən xəbərdar olmadığını vurğulayıb.
“Belə bir ssenari mənə məlum deyil. Bildiyimə görə, bu görüş üçün heç bir ilkin şərt irəli sürülməyib”, – deyə səfir qeyd edib.
Fatimə
Sfera.az






