Trampdan sonra Rusiya ilə münasibətlər pisləşəcək - İDDİA

Trampdan sonra Rusiya ilə münasibətlər pisləşəcək - İDDİA
Kateqoriya məlum deyil
T

ABŞ Kommunist Partiyasının beynəlxalq məsələlər üzrə katibi, amerikalı jurnalist Kristofer Helali Rusiya ilə ABŞ arasındakı münasibətlərin Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra “normallıqdan kənar mərhələyə” keçə biləcəyini deyib.


Sfera.az xəbər verir ki, Helali bu barədə Moskvada keçirilən “Feyklər haqqında dialoq 4.0” beynəlxalq forumunun yekunları ilə bağlı açıqlamasında danışıb.


O, tərəflərin münasibətləri tam şəkildə normallaşdıra biləcəyinə əmin olmadığını bildirib. Jurnalistin sözlərinə görə, müəyyən səviyyədə normallaşma artıq müşahidə olunur və müxtəlif səviyyələrdə Rusiya ilə ABŞ arasında əlaqələr davam edir.


Helali qeyd edib ki, Co Baydenin prezidentliyi dövründə Vaşinqtonla Moskva arasında yüksək səviyyəli təmaslar, o cümlədən kəşfiyyat rəhbərləri arasında dialoq olmayıb. Onun sözlərinə görə, hazırda isə belə əlaqələr bərpa olunub.


Bununla belə, jurnalist Rusiya ilə ABŞ arasında birbaşa aviareyslərin olmamasını, logistika, rabitə, idxal və ixrac sahələrində problemlərin davam etməsini münasibətlərin tam normallaşmamasının göstəriciləri kimi qiymətləndirib.


Helali gələcək perspektivlərlə bağlı pessimist olduğunu vurğulayıb. Onun fikrincə, Trampın prezidentliyi dövründə müxtəlif şəxslər, o cümlədən Cared Kuşner və Stiven Uitkoff vasitəsilə təmaslar davam edə bilər, lakin bu əlaqələrin xarici siyasətdə ciddi dəyişikliklərə gətirib-gətirməyəcəyi sual altındadır.


“Tramp vəzifəsini tərk etdikdən sonra Rusiya ilə münasibətlərdə yeni, normallıqdan kənar mərhələyə daxil ola bilərik”, – deyə Helali bildirib.


Bəsti Rəfizadə
Sfera.az


Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR