Putin Ukrayna ilə bağlı Qərbə yeni mesaj verdi

Putin Ukrayna ilə bağlı Qərbə yeni mesaj verdi
Kateqoriya məlum deyil
T

“Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqların mümkün bərpası barədə açıqlaması Qərbə boş vədlərə etimadsızlıq siqnalıdır”.

Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Avropada Böhranların Öyrənilməsi Mərkəzinin rəhbəri Nicat Sezgin “RIA Novosti”-yə açıqlamasında bildirib.

“Əsas siqnal odur ki, mümkün danışıqlar prosesi real vəziyyəti nəzərə almalıdır. Proses tərəflərdən birinin sonradan üzərinə götürdüyü öhdəlikləri dəyişəcəyi ehtimalına əsaslanmamalıdır”, – deyə analitik vurğulayıb.

Sezginin sözlərinə görə, Putin bundan sonra Rusiyanın mövcud reallıqlardan çıxış edəcəyini və mümkün danışıqlar masasına da məhz bu mövqedən qayıdacağını göstərib.

O əlavə edib ki, Moskvanın Avropa liderlərinin açıqlamalarına qarşı narazılığı və etimadsızlığı artıb.

Qeyd edək ki, daha əvvəl Putin Rusiya tərəfinin Ukrayna ilə sülh danışıqlarının davam etdirilib-etdirilməməsi barədə qərarı öz maraqlarından çıxış edərək verəcəyini bildirib./globalinfo

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR