Logo

Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb

Zelenski: Putinin təcriddən çıxması prosesi artıq başlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin lideri Si Cinpin arasında keçirilməsi gözlənilən görüşlə bağlı açıqlama verib.

Sfera.az bildirir ki, Zelenski “Corriere della Sera” qəzetinə müsahibəsində bu görüşdə Ukraynanın iştirak edib-etməyəcəyindən daha vacib məsələnin Putinin beynəlxalq təcriddən çıxması prosesi olduğunu bildirib.

“Bu, yalnız görüşün bizim iştirakımızla, yoxsa bizsiz keçirilib-keçirilməyəcəyindən ibarət deyil. Təəssüf ki, Putinin təcriddən tədricən çıxması prosesi artıq başlayıb. Bu, heç də ilk addım deyil”, – Ukrayna Prezidenti deyib.

Zelenski görüşdə konkret olaraq hansı məsələlərin müzakirə olunacağından xəbərdar olmadığını bildirib.

O əlavə edib ki, əgər görüşdə Ukrayna ilə bağlı məsələlər müzakirə olunacaqsa, Kiyevlə məsləhətləşmələr aparılacağına inanır./apa

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR