Zelenskinin üçtərəfli görüş təklifi: Putin razılaşacaqmı?

Zelenskinin üçtərəfli görüş təklifi: Putin razılaşacaqmı?
Kateqoriya məlum deyil
T

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin nizamlanması məqsədilə oktyabr ayında Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüşə hazır olduqlarını bəyan edib. Əvvəl də üçtərəfli görüşün keçirilməsi təklif olunub. Lakin əsasən Rusiyanın öz mövqeyində dəyişikliklik etməməsi görüşü mümkünsüz edib.

Bəs bu görüşün baş tutma ehtimalı nə qədərdir?

Politoloq Elxan Şahinoğlu Sfera.az-a açıqlamasında üçtərəfli görüşün keçirilməsi ehtimalının yüksək olmadığını bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenski müharibənin dayandırılması üçün belə bir görüşün keçirilməsinin tərəfdarıdır:

"Çünki ölkədə itkilər artır, şəhərlər bombalanır. ABŞ Prezidenti Donald Tramp da müharibənin dayandırılmasını dəstəkləyir, lakin Rusiya Prezidenti Vladimir Putinin buna razılaşacağı ehtimalı azdır”.

Politoloqun fikrincə, Putin Donbasın tamamilə işğal edilməsinə nail olmayana qədər danışıqların və hər hansı razılaşmanın tərəfdarı deyil:

"Atəşkəsin əldə olunmamasının əsas səbəblərindən biri də budur. Görüşlər olsa, müzakirələr aparılsa, müəyyən qədər hansısa nəticə əldə etmək mümkündür. Amma indiki şəraitdə və indiki şərtlər altında Rusiya prezidentinin yeganə hədəfi Donbasın tamamını işğal etməkdir. Bu isə əslində alınmır. Çünki ordusu irəliləyə bilmir və bunun əvəzinə Ukraynanın, başda paytaxt Kiyev olmaqla, bombardman edilməsinə üstünlük verirlər”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR