Milli Məclis
Siyavuş Novruzov: “Ölkəmizə belə şəxslərin gəlməsinə ehiyac yoxdur”
“Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlarla yanaşı, ölkəyə gələn şəxslərin yoxlanılması və onların fəaliyyətinə nəzarət mexanizmlərinin də gücləndirilməsi vacibdir. Xüsusilə müxtəlif adlar altında ölkəyə gələn və əslində antidövlət fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı diqqətli olmaq lazımdır”. Sfera.az xəbər verir ki, bu barədə deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında”
Cəmiyyət03.11.2026 12:55
Hərbi xidmətlə bağlı YENİLİK: 2 İL...
Azərbaycanda leytenant hərbi rütbəsində xidmət müddətinin müəyyənləşdirilməsi qaydasına dəyişiklik edilib. Sfera.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliyə əsasən, təhsil müddəti 5 il olan xüsusi təyinatlı hərbi təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün
Cəmiyyət03.11.2026 12:41
Yenidən Ombudsman seçildi
Milli Məclis Səbinə Əliyevanı yenidən Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsinə seçib. Sfera.az xəbər verir ki, parlamentdə keçirilən səsvermənin nəticələrinə əsasən, Səbinə Əliyevanın namizədliyinin lehinə 100, əleyhinə isə 7 deputat səs verib. Digər namizədlərdən Ceyhun Həsənovun lehinə 13, Elşanə Vəliyevanın lehinə isə 8 səs verilib. Qeyd edək ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanuna əsasən, müvəkkil 7 il müddətinə
Siyasət03.11.2026 12:13
Milli Məclisin növbəti iclasının tarixi açıqlandı
Milli Məclisin növbəti iclasının tarixi açıqlanıb. Sfera.az xəbər verir ki, parlamentin növbəti iclası noyabrın 3-də keçiriləcək. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında məlumat verib. Bəsti Rəfizadə Sfera.az
Siyasət30.10.2026 13:41
Bu şəxslərə mükafat veriləcək - RƏSMİ
Azərbaycanda korrupsiya ilə bağlı hüquqpozma barədə məlumat verən və məlumatı təsdiqini tapan şəxslərə maddi mükafat ödənilməsi nəzərdə tutulub. Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, verilən məlumat təsdiqləndiyi halda təşkilat rəhbərinin qərarı ilə həmin təşkilatın büdcəsi
Cəmiyyət30.10.2026 13:33
Onlara qarşı ədalətsiz davranış qadağan edildi
Azərbaycanda korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və həvəsləndirilməsi üçün yeni mexanizmlər tətbiq olunacaq. Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” yeni qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, bu mexanizmlərin tətbiqində əsas məqsəd təşkilatlarda şəffaflığın artırılması,
Cəmiyyət30.10.2026 13:32
Ev istəyən deputata Sahibə Qafarovadan ETİRAZ
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və Füzulidən olan, lakin hazırda başqa ərazilərdə yaşayan şəxslərin doğma yurdlarında tikilən evlərdən yararlana bilməməsi məsələsini gündəmə gətirib. Sfera.az xəbər verir ki, deputat Milli Məclisin bu gün keçirilən plenar iclası zamanı çıxışında bildirib ki, Ağdamda və Füzulidə aparılan tikinti-quruculuq işləri çərçivəsində sakinlərin mərhələli şəkildə köçürülməsi müsbət haldır. Aqil Abbas qeyd edib ki, atasından qalma ev Ağdam şəhərinin mərkəzində
Cəmiyyət30.10.2026 12:50
Küləkli havada bu şəxslər işləməyəcək - YENİLİK
Küləkli hava şəraiti ilə əlaqədar açıq iş yerlərində və həmin ərazilərdəki qurğularda işin dayandırılması, eləcə də işçilərə fasilələrin verilməsi nəzərdə tutulub. Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə Əmək Məcəlləsinin 233-cü maddəsinə soyuq və isti hava şəraiti ilə yanaşı, küləkli hava da işin dayandırılması üçün əsas olan hallar sırasına əlavə
Cəmiyyət30.10.2026 11:05
Milli Məclisin plenar iclası başladı - GÜNDƏLİK
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Siyasət30.10.2026 11:01
Onlar Ombudman vəzifəsinə namizəddir - ADLAR
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adları məlum olub. Sfera.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsmanın seçilməsi məsələsi müzakirə olunub. Ombudsmanlığa namizədlər arasında 3 nəfərin adı hallanır. Bunlar Səbinə Yaşar qızı Əliyeva, Ceyhun Yasinəli oğlu Qaracayev və Elşanə Rafiq qızı Vəliyevadır. Namizədlərdən Səbinə Əliyeva hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilidir. O, 1980-ci il
Siyasət30.10.2026 10:43
Azərbaycanda internet xidmətləri ilə bağlı YENİLİK
Telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair tələblər dəqiqləşdirildi Azərbaycanda telekommunikasiya xidmətlərinin keyfiyyətinə dair məcburi tələblərin hüquqi məzmununun dəqiqləşdirilməsi təklif olunub. Sfera.az xəbər verir ki, bununla bağlı “Telekommunikasiya haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Bildirilib ki, qanunun 33.1.5-ci maddəsi operatorların telekommunikasiya xidmətlərini müəyyən edilmiş standart, norma və
Cəmiyyət27.10.2026 12:11
Milli Məclisin iclası keçirilir
Milli Məclisin iclası başladı Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda
Siyasət27.10.2026 11:02
Deputatların ailə üzvləri hansı cinayətləri törədib? - SİYAHI
Milli Məclisin hazırkı və sabiq deputatlarının ailə üzvlərinin adı müxtəlif illərdə qətl, qanunsuz silah saxlama, dələduzluq, mənimsəmə və hakimiyyət nümayəndələrinə qarşı zor tətbiqi ilə bağlı cinayət işlərində hallanıb. Sfera.az xəbər verir ki, bu hadisələr arasında həm məhkəmənin yekun hökm çıxardığı, həm də şəxslərin barəsində cinayət işi başlanması və ya ittiham irəli sürülməsi ilə nəticələnən hallar var. Sonuncu belə hadisələrdən biri Milli Məclisin deputatı Arzuxan Əlizadənin oğlu Əhməd
Siyasət26.10.2026 14:27
Rizvan Nəbiyev: “Ermənistan üzərinə düşən ev tapşırığını yerinə yetirməlidir”
“Prezident İlham Əliyevin “Bu sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır” fikri Cənubi Qafqazda mövcud vəziyyətin dəqiq siyasi qiymətləndirilməsidir. Dövlətimizin başçısı bu fikri oktyabrın 15-də Bakıda AQEM-in 7-ci Zirvə Görüşündə səsləndirib. Burada əsas mesaj aydındır: əldə edilmiş sülhün davamlılığı üçün ardıcıl fəaliyyət və qarşılıqlı məsuliyyət lazımdır. Bu yanaşmanı 5 ölçüdə qiymətləndirmək olar”. Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən
Siyasət23.10.2026 12:20
Parlament terrorizmin maliyyələşdirilməsinə qarşı qanun qəbul etdi
Terrorizmin maliyyələşdirilməsinə qarşı hüquqi mübarizə mexanizmləri təkmilləşdirilir. Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərdə əksini tapıb. Qanun layihəsi terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi, hüquqi şəxslərin bu sahədə məsuliyyətinin dəqiqləşdirilməsi, eləcə də Azərbaycanın beynəlxalq öhdəliklərinin və Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF)
Siyasət23.10.2026 12:03
“Əvvəl Əli Kərimlinin təhlükəsizliyindən danışırdılar, indi...”
“Son zamanlar müşahidə edilən beynəlxalq proseslər fonunda tam səmimiyyətlə demək mümkündür ki, artıq Qafqaz və Mərkəzi Asiyadan daha geniş bir coğrafiyada təhlükəsizlik arxitekturası Bakıdan diqtə olunur və hüquqi-siyasi məzmunda etimad quruculuğunun lokomotivi məhz Azərbaycandır”. Sfera.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. Deputat vurğulayıb ki, Azərbaycan tarixin bütün dövrlərində olduğundan çox daha güclüdür: “Amma etiraf edək ki, iri qlobal
Siyasət23.10.2026 11:54
Milli Məclis onun təyinatını təsdiqlədi
Hafiz Mahir oğlu İsmayılbəyli Hesablama Palatasının auditoru vəzifəsinə təyin edilib. Sfera.az xəbər verir ki, bununla bağlı qanun Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. Parlament Hafiz İsmayılbəylinin Hesablama Palatasının auditoru vəzifəsinə namizədliyinə dair rəyi təsdiqləyib. Qeyd edək ki, Hafiz İsmayılbəyli 1992-ci il yanvarın 22-də Şərur rayonunda anadan olub. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr,
Siyasət23.10.2026 11:49
Deputatdan ETİRAZ: "Hər həftə bir söz deyirlər"
“Son zamanlar Ermənistan rəhbərliyinin sülh gündəliyi ilə bağlıdəyişkən mövqelərini müşahidə edirik”. Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Kamal Cəfərov plenar iclas zamanı danışıb. O, Ermənistanın mövqeyi ilə bağlı öz fikirlərini səsləndirib: “Bir həftə əvvəl sülh müqaviləsinin 2031-ci ilə qədər, bir həftə sonra isə 2027 və 2028-ci illərdə imzalana biləcəyini bəyan edirlər. Bu faktın özü bir daha təsdiq edir ki, Ermənistan rəhbərliyi praktiki sülhün əhəmiyyətini ciddi
Siyasət23.10.2026 11:23
Milli Məclisdə məktəblərlə bağlı TƏKLİF
“Məktəblərdə ən böyük problem şagird sıxlığı ilə bağlıdır”. Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa danışıb. O, məktəblərdəki ən böyük problemlərdən danışıb: “Buna misal olaraq 192 saylı məktəbi göstərə bilərəm. Məktəbdə 850 şagird yeri olduğu halda, 2551 uşaq təhsil alır. Bu, nəzərdə tutulmuş şagird sayından üç dəfədən çoxdur. Müəllim dərs zamanı bir şagirdə cəmi 30 saniyə vaxt ayıra bilir. Belə şəraitdə uşağı necə savadlı və
Təhsil23.10.2026 11:18
Milli Məclisin plenar iclası keçirilir
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb. Sfera.az xəbər verir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikası Hesablama Palatasının auditorunun təyin edilməsi haqqında; 2. “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi; 3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
Siyasət23.10.2026 11:03
Pensiyaçılara ŞAD XƏBƏR – VİDEO
Əmək pensiyaları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Sfera.az xəbər verir ki, dəyişikliklərə əsasən, bəzi şəxslərin pensiyalarında artım olacaq. Üstəlik, bunun üçün vətəndaşların hər hansı dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq. Pensiya məbləğləri elektron qaydada müəyyənləşdirilərək təyin ediləcək. Bəs bu dəyişikliklər hansı şəxslərə şamil olunacaq? Ətraflı “İTV”nin süjetində:
İqtisadiyyat21.10.2026 01:03
Deputatdan İRAD: “Keçmişdə baş vermiş xoşagəlməz hadisələrə görə..."
Dövlət qulluqçularının elmi və pedaqoji fəaliyyətlə məşğul olması üçün rəhbərlikdən icazə alınması tələbinin ləğvi təklif olunub. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov dövlət qulluğu ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu tələb vaxtilə müəyyən xoşagəlməz hadisələrin və sui-istifadə hallarının qarşısını almaq məqsədilə tətbiq edilmiş ola bilər: “Bu məsələni qaldıran həmkarlarımla razıyam və hesab edirəm ki, problemin həlli üçün
Cəmiyyət13.10.2026 13:24
Onların iş və istirahət vaxtı dəyişdirildi - RƏSMİ
Kommersiya məqsədli hava daşımalarında çalışan təyyarə heyətinin iş və istirahət vaxtının tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir. Sfera.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə və “Aviasiya haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən, uçuş iş vaxtının hesablanması qaydası müəyyənləşdirilib. Bu müddət hava gəmisi heyətinin hava limanına gəlməsi ilə başlayır və son uçuş
Cəmiyyət13.10.2026 12:23























