"Onların rayonlara getməsi üçün maneələr aradan qaldırılsın"
“2027-ci il üzrə təhsil xərclərinə 5 milyard 99 milyon manat vəsait ayrılmışdır. Bu rəqəm 2026-cı illə müqayisədə 82 milyon 600 min manat, 2025-ci -ci ilin icrası ilə müqayisədə 479 milyon 500 min manat çoxdur”.
Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Anar İsgəndərov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb.
Deputat elm və təhsil xərclərinin büdcə layihəsində necə təqdim olunduğunu açıqlayıb:
“2027-ci il üzrə təhsil xərclərinə 5 milyard 99 milyon manat vəsait ayrılmışdır. Bu rəqəm 2026-cı illə müqayisədə 82 milyon 600 min manat, 2025-ci -cü ilin icrası ilə müqayisədə 479 milyon 500 min manat çoxdur. Bu məbləğin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 12 faizdir. 2022-2026-cı illər ərzində 137 min nəfər müəllimin sertifikatlaşma proqramında iştirakı və uğur qazanan heyətin diferensial əməkhaqqı sisteminə cəlb olunması üçün 2027-ci ilin dövlət büdcəsinin layihəsinə 286 milyon 400 min manat vəsait nəzərdə tutulmuşdur. 2026-cı ildə əhalinin aztəminatlı təbəqəsinin ali təhsilə əlçatanlığını daha da artırmaq və ali təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə təhsil tələbə kteditinin verilməsi üçün növbəti ilin dövlət büdcəsində 35 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu barədə bir neçə cümlə demək istəyirəm. Sadə həqiqət bundan ibarətdir: Ödənişi ödəyə bilməyən tələbəyəkredit verilməlidir. Çünki müraciət edənlərin əksəriyyəti ehtiyacı olanlardır”.
A.İsgəndərov pedaqoji təhsilli gənclərin kəndlərə getməsi üçün təkcə təbliğatın kifayət etmədiyini, diqqəti cəlb edən güzəştlərə ehtiyac olduğunu vurğulayıb:
“Pedaqoji profilli ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 12 min 600 nəfərdən çox gənc mütəxəsssisin kənd rayonlarında yerləşən ümumtəhsil müəssisələrinə işə cəlbolunması üçün yol xərci,əmlakın daşınması üçün nəqliyyat xərcivə ilkin yaşayış şəraitinin yaradılması, kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqı üzrə verilən kompensasiyaların birdəfəlik ödənilməsi üçün 20 milyon 900 min manat nəzərdə tutulmuşdur. 2026-2027-ci tədris ilindən fəaliyyətə başlayan vəmühəndislik,tibb ixtisasları olmaqla 300 nəfər tələbənin təhsilalacağı “Türkiyə-Azərbaycan birgə Universiteti”nin fəaliyyətinin növbəti ildə təmin edilməsi məqsədilə 6 milyon manat vəsait ayrılmışdır.
Qarabağ Universitetinin fəaliyyətinin 2027-ci ildə təmin edilməsi məqsədilə 51 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2027-ci ilin dövlət büdcəsinin layihəsində elmin maliyyələşdirilməsi üçün 257 milyon 900 min manat vəsait nəzərdə tutulur”.
Parlamentari təhsillə bağlı bir sıra tövsiyələrini irəli sürüb:
“Təhsil insan həyatında yeganə sahədir ki, bütün cəmiyyəti əhatəedir, təhsil hər evdə var və hər bir ailə təhsillə bağlı baş verənlərin şahidi olur. Hər il dağlıq rayonlarında şagirdlərin sayının azalması hiss olunur. Bununla bağlı köklü qərarların qəbul edilməsinə ehtiyac var. Təhsil Tələbə Krediti fondu ehtiyacı olan hər bir tələbəyə kredit vermək üçün müəyyən dəyişikliklər etməlidir. Pedaqoji təhsilli gənclərin kənd rayonlarına göndərilməsinə mane olan səbəblər aradan qaldırılmalıdır. Müəllimlərin sertifikasiyası müəllim nüfuzunu qaldırmaq, savadlı müəllim problemini həyata keçirməyə xidmət edir. Bu istiqamətdə şəffaflığın daha da artırılmasına diqqət yetirmək lazımdır. Hər il kifayət qədər məktəb və bağça tikilir və təmir olunur. Bu istiqamətdə büdcənin artırılmasına ehtiyac vardır”.
Bəsti Rəfizadə
Sfera.az






