Parlamentdə NARAZILIQ: "Sizə deyirəm..."
Milli Məclisin bugünkü plenar iclasında deputatların çıxış etməsi ilə bağlı fikir ayrılığı yaranıb.
Sfera.az xəbər verir ki, müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanun layihəsinin müzakirəsiz səsə qoyulmasını İnsan hüquqları komitəsinin sədri Zahid Oruc təklif edib. Təklif səsverməyə çıxarılaraq qəbul olunub. Zahid Oruc bildirib ki, çıxış siyahısında adı olan deputatlar etiraz etməsələr, layihə müzakirəsiz qəbul edilə, ayrı-ayrı təkliflər isə ikinci oxunuşda təqdim oluna bilər.
Bu zaman deputat Hikmət Məmmədov çıxış etmək üçün söz istəyib. O, həmkarlarının çıxış siyahısındakı yerlə bağlı narahatlığına diqqət çəkərək Zahid Oruca müraciət edib:
“Doğrusu, çıxış siyahısında adını birinci görməyə alışan dostlarımız, adlarını birinci görməyəndə narahat olur və stress keçirirlər. Məncə, bu doğru deyil. Sizə deyirəm, Zahid müəllim”.
Bəsti Rəfizadə






