Logo

Küləkli havada bu şəxslər işləməyəcək - YENİLİK

Küləkli havada bu şəxslər işləməyəcək - YENİLİK
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Küləkli hava şəraiti ilə əlaqədar açıq iş yerlərində və həmin ərazilərdəki qurğularda işin dayandırılması, eləcə də işçilərə fasilələrin verilməsi nəzərdə tutulub.

Sfera.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Dəyişikliklə Əmək Məcəlləsinin 233-cü maddəsinə soyuq və isti hava şəraiti ilə yanaşı, küləkli hava da işin dayandırılması üçün əsas olan hallar sırasına əlavə edilib.

Layihəyə əsasən, küləyin gücü 6-8 bal olduqda, quruda istismar edilən kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulan hallarda icazə veriləcək. Küləyin gücü 8 baldan artıq olduqda isə qeyd olunan kranlarla bütün növ işlər dayandırılacaq. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR