Logo

Gələn il Azərbaycanın büdcəsində nə qədər pul olacaq? – RƏQƏMLƏR

Gələn il Azərbaycanın büdcəsində nə qədər pul olacaq? – RƏQƏMLƏR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclisdə 2027-ci ilin dövlət və icmal büdcələrinin layihələrinin müzakirəsi ilk oxunuşda başa çatıb.

Sfera.az xəbər verir ki, layihəyə əsasən, gələn il dövlət büdcəsinin gəlirlərinin 39 milyard 254 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnoz göstəriciləri ilə müqayisədə hər iki istiqamət üzrə 1,7 % artım deməkdir.

Beləliklə, 2027-ci ildə dövlət büdcəsinin 3 milyard 146 milyon manat kəsirlə icra olunacağı gözlənilir. Kəsirin məbləği əvvəlki illə müqayisədə 1,7 % çoxdur. Gələn il Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı nəzərdə tutulur. Bu göstəricilər 2026-cı ilin təsdiq edilmiş proqnozlarından müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur. İcmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir proqnozlaşdırılır ki, bu da illik müqayisədə 28,7 % azdır. Qeyd edək ki, 2027-ci ilin dövlət və icmal büdcələrinin layihələrində “Azeri Light” markalı xam neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb. Bu göstərici 2026-cı il üçün nəzərdə tutulan qiymətlə eynidir. Büdcə zərfinə daxil olan qanun layihələri ayrı-ayrılıqda səsverməyə çıxarılaraq Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR