Logo

Bu tələbələr bir il az oxusunlar - Parlamentdə TƏKLİF

Bu tələbələr bir il az oxusunlar - Parlamentdə TƏKLİF
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Təklif edirəm, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin”.

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı danışıb.

Parlamentari təhsillə bağlı bir sıra problemlərdən danışaraq həll yolları təklif edib:

“Yasamal rayonu əhali sıxlığına, eyni zamanda təıəbə axınına görə paytaxtın ən dinamik rayonlarından biridir. Ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metro stansiyası ətrafında cəmləşməsi bu ərazidə dərs saatlarında ciddi sərnişin sıxlığına səbəb olur. Bu baxımdan, ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var”.

G.Qəhrəmanov ikinci əsas məsələnin turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılması olduğunu açıqlayıb:

“Ölkəmizdə turizm sektoru sürətlə genişlənir və ildən-iləturistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Təklif edirəm, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına dahatez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq”.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR