Logo

Onlar Ombudman vəzifəsinə namizəddir - ADLAR

Onlar Ombudman vəzifəsinə namizəddir - ADLAR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
0:00 0:00

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin adları məlum olub.

Sfera.az xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Ombudsmanın seçilməsi məsələsi müzakirə olunub. Ombudsmanlığa namizədlər arasında 3 nəfərin adı hallanır. Bunlar Səbinə Yaşar qızı Əliyeva, Ceyhun Yasinəli oğlu Qaracayev və Elşanə Rafiq qızı Vəliyevadır.

Onlar Ombudman vəzifəsinə namizəddir - ADLAR

Namizədlərdən Səbinə Əliyeva hazırda Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilidir. O, 1980-ci il mayın 7-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. Hüquq üzrə fəlsəfə doktorudur. S.Əliyeva 2000-ci ildən Konstitusiya Məhkəməsində müxtəlif vəzifələrdə, 2015-ci ildən isə Aparat rəhbərinin müavini vəzifəsində çalışıb. 2019-cu il noyabrın 29-da Milli Məclis tərəfindən Ombudsman seçilib.

Onlar Ombudman vəzifəsinə namizəddir - ADLAR

Ceyhun Qaracayev Konstitusiya Məhkəməsinin keçmiş hakimidir. O, 1965-ci il iyunun 20-də Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, Odessa Dövlət Hüquq Akademiyasında elmi fəaliyyətini davam etdirib. Hüquq üzrə elmlər doktorudur. C.Qaracayev Milli Məclis Aparatında şöbə müdirinin müavini vəzifəsində çalışıb, 2010–2025-ci illərdə Konstitusiya Məhkəməsinin hakimi olub. Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının professorudur.

Onlar Ombudman vəzifəsinə namizəddir - ADLAR

Elşanə Vəliyeva Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimidir. 1975-ci ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, 2007–2010-cu illərdə Nərimanov Rayon Məhkəməsinin, 2010–2017-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyib. 2017-ci ildən Ali Məhkəmənin hakimidir. Həmçinin 2023-cü ildən Hakimlərin Seçki Komitəsinin üzvüdür.

Qeyd edək ki, Ombudsman Prezidentin təqdim etdiyi üç namizəd arasından Milli Məclis tərəfindən 83 səs çoxluğu ilə seçilir. Müvəkkilin səlahiyyət müddəti 7 ildir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Xatırladaq ki, hazırkı Ombudsman Səbinə Əliyevanın yeddiillik səlahiyyət müddəti bu il noyabrın 29-da başa çatır.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR