“Bir xalqın öz müstəqilliyini necə itirməsini müşahidə etmək istəyənlər Ukraynaya baxmalıdır”-Qüdrət Həsənquliyev
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik: - Qüdrət bəy, Ukraynanın bəzi sabiq rəsmiləri, siyasi ekspertləri Azərbaycanı son vaxtlar hədəfə alıblar və iddia edirlər ki, Azərbaycan xalqı Qarabağı azad etsə də müstəqilliyini və azadlığını itirib. Baxmayaraq ki, Prezident İtaliyada rəsmən bəyan etdi ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və münaqişənin