"Çin ilə strateji tərəfdaşlığımız daha da dərinləşəcək" - İlham Əliyev

"Çin ilə strateji tərəfdaşlığımız daha da dərinləşəcək" - İlham Əliyev

Əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da inkişaf edəcək, strateji tərəfdaşlığımız daha da dərinləşəcəkdir.

 

Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı təbrik məktubunda qeyd edilib.

 

Dövlət başçısı bildirib ki, ötən dövr ərzində Çin Xalq Respublikası bütün sahələrdə – iqtisadiyyat, sənaye, elm, kosmik tədqiqat, müasir texnologiyalar, müdafiə, əhalinin sosial-iqtisadi rifahı və digər sahələrdə mühüm nailiyyətlər əldə edərək beynəlxalq aləmdə yüksək nüfuz qazanmış, dünyanın ən güclü və qüdrətli dövlətləri sırasında yer almışdır:

 

"Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Çin dövlətlərarası əlaqələrinin bugünkü səviyyəsi bizi sevindirir.

 

İyulda Astanada Sizinlə səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız fikir mübadiləsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, görüş əsnasında qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” mühüm tarixi addım, əməkdaşlığımızı daha da genişləndirmək və möhkəmləndirmək istiqamətində qarşılıqlı əzmimizin bariz təzahürüdür".


OXŞAR XƏBƏRLƏR

Nepalda təbii fəlakətlər nəticəsində azı 38 nəfər öldü

Nepalda son 24 saat ərzində aramsız yağan yağışlar və torpaq sürüşmələri nəticəsində azı 38 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə "Re...

"Bakıda obyektdə baş verən yanğın nəzarətə götürülüb" - FHN

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğının ətrafa yayılmasının qarşısı alınıb.   Bu barədə Sfer...

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanıldı - FOTO

“Şəmkir”, “Xudat” və “Zaqatala” sərhəd dəstələrinin xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər sərhə...

Torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşdi

Azərbaycanda torpaqların məqsədli təyinatının dəyişdirilməsi üçün 2 əsas müəyyən edilib.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsd...

Nazirlikdə Paralimpiya mükafatçıları ilə görüş keçirildi

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Paris-2024 Yay Paralimpiya Oyunlarında medal qazanan paralimpiyaçılar və onların məşqçiləri ilə görüşüb. ...

Pakistanda helikopter QƏZASI - 6 nəfər ÖLDÜ

Pakistanın şimal-qərbində rusiyalı ekipajı daşıyan helikopterin qəzaya uğraması nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb.   Sfera.az xəbər ver...