Logo

Milli Məclis Bəyanat qəbul etdi

Milli Məclis Bəyanat qəbul etdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Milli Məclis 8 Noyabr − Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib.

Sfera.az xəbər verir ki, bəyanatı deputat Hikmət Babaoğlu oxuyub.

Bəyanatda deyilib:

"2020-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan Zəfər xalqımızın, Ordumuzun və dövlətimizin birliyi sayəsində əldə edilib.Keçilməz hesab edilən müdafiə xətləri yarılıb, işğalçı qüvvələrə ağır zərbələr endirilib. Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Şuşanın işğaldan azad edilməsidir.

Azərbaycan tarixi ədaləti, beynəlxalq hüququn norma və prinsiplərini bərpa edib. Azərbaycan Prezidentinin strateji baxışı, siyasi iradəsi, hərbi, diplomatik və informasiya sahələrində fəaliyyəti milli gücümüzü vahid hədəfə yönəltməyə imkan verib”.

Bəyanat bütün təmsil olunan təşkilat və digər ölkələrin parlamentlərinə göndəriləcək.

Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR