Baş Qərargah rəisi komandir və rəis heyəti ilə görüşdü

Baş Qərargah rəisi komandir və rəis heyəti ilə görüşdü

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri ilə toplanış keçirilib.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində toplanışın başa çatması münasibətilə keçirilən buraxılış mərasimində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və nazirliyin digər rəhbər heyəti iştirak edib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Baş Qərargah rəisi iştirakçıları müdafiə naziri general-polkovnik Zakir Həsənov adından salamlayıb, onları toplanışı müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıb.


General-polkovnik K.Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb, peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanmasının prioritet məsələlərdən biri olduğunu qeyd edib. Müdafiə nazirinin birinci müavini çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə çoxməqsədli JF-17C (Block-III) təyyarələrinin təqdimatının və Bakıda keçirilmiş "ADEX" Beynəlxalq Müdafiə Sərgisinin əhəmiyyətini xüsusi qeyd edib.

 

Sonda toplanışa cəlb olunmuş və müvəffəqiyyətlə bitirmiş heyətə sertifikatlar təqdim edilib.


OXŞAR XƏBƏRLƏR

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürüldü

Xilasetmə qüvvələri Mahaçqala (Dağıstan, Rusiya) yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş yanğını söndürüblər.   Sfera.az xəbər ve...

Onun bu fikirləri əsassızdır - RƏSMİ BAKI

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin s...

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.   2012-ci il...

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edildi - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq piramidasını ifşa edib.   Bu barədə Sfera....

Anavətənçilər Zəfər Parkını ziyarət etdi - FOTO

27 Sentyabr - Anım günü münasibətilə AVP üzvləri Zəfər Parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, "27 Sentyabr 2024-cü ildə biz Anavətənçilə...

İmişlidə qaz kəməri zədələndi: 9 məntəqədə təchizat dayandı

İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.   Sfera.az xəbər verir ki, "İmişli 1"...