Azərbaycan ilə Özbəkistan arasında təlim keçiriləcək

Azərbaycan ilə Özbəkistan arasında təlim keçiriləcək

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı"na əsasən, iki ölkə arasında "Məharət-2024" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək.

 

Bu barədə Sfera.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində sentyabrın 30-dan etibarən keçiriləcək təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunacaq.

 

Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

 

Qeyd edək ki, "Məharət-2024" kompüter dəstəkli taktiki komanda-qərargah təlimi oktyabrın 6-dək davam edəcək.

 

 


OXŞAR XƏBƏRLƏR

Ən "mükəmməlliyətçi" 5 bürc

Astrologiyada bəzi bürclər həmişə işlərinin mükəmməl olmasını istəyirlər. Bu bürclər son dərəcə hər şeyi təfərrüatı ilə qiymətləndirirlər.   Sfera.az...

Prezident: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndirir və bu tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərin gücləndi...

ABŞ Suriyada İŞİD mövqelərini vurdu: 37 ölü

ABŞ Suriyada terrorçu qruplaşmalara zərbələr endirib.   Sfera.az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Kom...

Bakıda BPA-nın konfransı keçirilir

Bakıda dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağı keçirili...

Vətən müharibəsi iştirakçısı olan zabit vəfat etdi

Vətən müharibəsi iştirakçısı, mayor Cəlal Rəhimov vəfat edib.   Sfera.az xəbər verir ki, 1984-cü il təvəllüdlü ehtiyatda olan zabit ürəktutmadan düny...

Azərbaycan gimnastları dünya çempionatında gümüş medal qazanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanıblar.   Sfera.az...