Qərbi Azərbaycan İcmasından BƏYANAT: "Qətiyyətlə pisləyirik!"

Qərbi Azərbaycan İcmasından BƏYANAT: "Qətiyyətlə pisləyirik!"

Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə haqq qazandıran qeyri-konstruktiv bəyanatını qətiyyətlə pisləyirik.

 

Sfera.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

 

Bildirilib ki, sərhəd məsələlərini əhatə edən bir missiya olan EUMA-nın digər sərhəd ölkəsi ilə koordinasiya edilmədən genişləndirilməsi və mandatının uzadılması qeyri-dost addımıdır:

 

"Bundan əlavə, missiya etnik azərbaycanlılara qarşı ayrı-seçkilik, qərəz və etinasızlıq nümayiş etdirib. Belə ki, missiyanın mandatında münaqişənin sərhəd bölgələrində yaşayan insanların vəziyyətinə təsirini araşdırmaq məsələsinin qeyd edilməsinə və dəfələrlə müvafiq müraciətlər göndərməyimizə baxmayaraq, EUMA müntəzəm patrul etdiyi Ermənistanın sərhəd bölgələrindən qovulmuş azərbaycanlıların taleyinə biganə qalmışdır. Hərbiləşdirmə məsələsinə gəldikdə isə, vurğulayaq ki, həm Aİ, həm də onun üzv dövlətləri, ilk növbədə Fransa, Ermənistanın genişmiqyaslı silahlandırılmasını həyata keçirir. Aİ-nin “Avropa Sülh Fondu” vasitəsilə və digər yollarla etdiyi hərbi, maliyyə, inkişaf və iqtisadi yardımlar Ermənistanın Azərbaycanda on milyardlarla ABŞ dolları məbləğində dağıntılara səbəb olmuş təcavüzkar hərəkətlərinin mükafatlandırılması və onun Azərbaycana qarşı yeni hücumlara təhrik edilməsi kimi qiymətləndirilməlidir. Aİ-nin Azərbaycana mina təmizlənməsi ilə bağlı etdiyi cüzi miqdarda yardım isə Ermənistanın hərbiləşdirilməsinə edilən yardımın balansı kimi qələmə verilə bilməz".

 

Vurğulanıb ki, Ermənistan azacıq da olsa hərbi üstünlük hiss edən kimi, hərbi təcavüzə əl atır:

 

"Bu baxımdan, revanşist meyllərin güclü olduğu və təcavüzkar tarixçəyə malik Ermənistanın silahlandırılması suveren seçim kimi qiymətləndirilə və Azərbaycanın qanuni müdafiə tədbirləri ilə müqayisə oluna bilməz. Buna görə də biz Aİ-dən geosiyasi ayırıcı xətləri regiona gətirməməyi, Ermənistanın militarizmini gücləndirməyə son qoymasını və əvəzində Ermənistanın təcavüzünün dağıdıcı nəticələrinin aradan qaldırılması üçün Azərbaycana yardım göstərməsini tələb edirik".


OXŞAR XƏBƏRLƏR

Dağıstanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürüldü

Xilasetmə qüvvələri Mahaçqala (Dağıstan, Rusiya) yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş vermiş yanğını söndürüblər.   Sfera.az xəbər ve...

Onun bu fikirləri əsassızdır - RƏSMİ BAKI

Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə mətbuat katibi Peter Stanonun Ermənistanın “Armenpress” xəbər agentliyinin s...

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır

Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.   Sfera.az xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.   2012-ci il...

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edildi - VİDEO

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq piramidasını ifşa edib.   Bu barədə Sfera....

Anavətənçilər Zəfər Parkını ziyarət etdi - FOTO

27 Sentyabr - Anım günü münasibətilə AVP üzvləri Zəfər Parkını ziyarət edib.   Sfera.az xəbər verir ki, "27 Sentyabr 2024-cü ildə biz Anavətənçilə...

İmişlidə qaz kəməri zədələndi: 9 məntəqədə təchizat dayandı

İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.   Sfera.az xəbər verir ki, "İmişli 1"...