"COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq" - Nazir müavini

"COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq" - Nazir müavini

Bakıda keçiriləcək COP29 tədbirində Xəzərin problemi əsas müzakirə mövzularından olacaq.

 

Sfera.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Ümumdünya Dəniz Günü” ilə əlaqədar "Xəzər həftəsi" çərçivəsində Abşeron Milli Parkında keçirilən “Xəzər festivalı"nda jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, Xəzər dənizinin son 20 ildə səviyyəsi 2.5 metr azalıb:

 

"Bununla bağlı müxtəlif platformalarda müzakirələr aparılır. Müzakirələrdə ən aktiv ölkələrdən biri də Azərbaycandır. Çünki Azərbaycan da bu problemdən əziyyət çəkir. Son on ildə dünya okeanının səviyyəsi artsa da, ölkəmizdə əksinə olaraq su ehtiyatları azalıb. Son on ildə dünya okeanının səviyyəsi 10 santimetr artıb. Azərbaycanda isə əksinə iqlim dəyişmələrinin təsirləri su ehtiyatlarının, düşən yağıntının miqdarının, ölkəmizə transfer olunan su ehtiyatlarının azalması ilə müşahidə olunur. Son 30 ildə ölkəyə transfer olunan suların miqdarında azalma müşahidə olunur. Ümumiyyətlə, Azərbaycanın su ehtiyatlarının son 30 ildə azalması 15 faizdən çoxdur. Proqnozlar da narahatedicidir. 2050-ci ilə qədər ən optimist rəqəmlərə görə su ehtiyatlarımız daha 15-20 faiz azalacaq".

 

Nazir müavini bildirib ki, noyabrda Bakının ev sahibliyi edəcəyi COP29 tədbirində də əsas mövzulardan biri Xəzərin probleminə həsr olunacaq:

 

"Baş mövzu iqlim maliyyələşməsi olsa da, panel mövzulardan biri Xəzərin problemlərinə həsr olunacaq. Müxtəlif təkliflər səsləndiriləcək ki, Xəzərin problemlərinin həlli üçün hansı addımlar atılmalıdır. Həmçinin azalma əgər qaçılmazdırsa, hansı tədbirlərlə adaptasiya işləri görüləcəyi müzakirə olunacaq"


OXŞAR XƏBƏRLƏR

Dünya çempionatı: Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.   Sfera....

Ombudsmanınnümayəndələri Suriyadan gətirilmiş vətəndaşların problemlərini öyrəndi

Ombudsmanın nümayəndələri Suriyadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib.   Bu barıdə Sfera.az-a Ombudsman Aparatından məlumat ...

"Naxçıvanda raketlər yerləşdirib İrəvanı..." - Ermənistanın silahlanması ilə bağlı SƏRT AÇIQLAMA

“Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükəsizlik problemlərinə yol açır”.   Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Ə...

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Hər bir dövlətin istər mübarizə əzmi, istərsə də müdafiə qabiliyyəti onun güclü iqtisadiyyatına əsaslanır. Azərbaycan da belə dövlətlərdəndir. Vətən Müharibəsi ...

Xüsusi təyinatlılar təlimdə düşmən obyektinə qəfil basqın etdilər - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçi...

Prezident SƏRƏNCAM İMZALADI

Prezident İlham Əliyev “Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolunun artırılması ilə bağlı əlavə tədbirlər haqqınd”sərəncam imzalayıb....