“Hizbullah” liderinin qızı ÖLDÜRÜLDÜ: Həsən Nəsrullah sağdırmı? - İDDİA

“Hizbullah” liderinin qızı ÖLDÜRÜLDÜ: Həsən Nəsrullah sağdırmı? - İDDİA

İsrailin Livanın paytaxtı Beyruta son hücumlarında hədəf aldığını bildirdiyi “Hizbullah”ın lideri Həsən Nəsrullahın sağ olub-olmaması müzakirə mövzusuna çevrilib.

 

Sfera.az bildirir ki, bununla bağlı İsrailin “Kanal 12” televiziyası müəyyən iddialar irəli sürüb. Qeyd olunub ki, Tel-Əviv rəhbərliyi Nəsrullahın hücuma məruz qalan sığınacaqda olduğunu və onun oradan sağ çıxmasının çətin olacağını bildirib. Həmçinin “Hizbullah” liderinin hücumda yaralanmış ola biləcəyinin təxmin edildiyi iddia edilib.

 

İsrail ordusu radiosuna danışan bir mənbə, “hücum nöqtəsində olan birinin sağ qalması çətindir”, - söyləyib.

 

“Walla” saytına danışan mənbə isə "Nəsrullahın burada olduğuna dair işarələr getdikcə artır və onun buradan çıxması mümkün deyil”, - iddia edib.

 

“New York Times” qəzetində çıxan xəbərə görə, İsrail rəsmisi deyib ki, Nəsrullah və ya başqalarının öldüyü və ya yaralandığını öyrənmək üçün bir müddət lazım olacaq.

 

İranda yerləşən “Tasnim” xəbər agentliyi “Hizbullah” liderinin sağ olduğunu bildirərkən, İran rəsmisi bununla bağlı Britaniyanın “Financial Times” qəzetinə açıqlama verib.

 

O qeyd edib ki, Nəsrullahın öldürülüb-öldürülməməsindən asılı olmayaraq, Beyrutdakı hücumlar müharibəni başqa mərhələyə daşıyacaq.

 

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin Beyrutun Dahiya bölgəsinə endirdiyi hava zərbələri nəticəsində “Hizbullah” lideri Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullah da ölüb.

 

Günay

 

 


OXŞAR XƏBƏRLƏR

"Çin ilə strateji tərəfdaşlığımız daha da dərinləşəcək" - İlham Əliyev

Əminəm ki, Azərbaycan ilə Çin arasında ənənəvi dostluq münasibətləri, həm ikitərəfli qaydada, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız dost xa...

Dünya çempionatı: Azərbaycan gimnastları finala vəsiqə qazanıblar

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri İtaliyanın Pesaro şəhərində keçirilən dünya çempionatında finala vəsiqə qazanıblar.   Sfera....

Ombudsmanınnümayəndələri Suriyadan gətirilmiş vətəndaşların problemlərini öyrəndi

Ombudsmanın nümayəndələri Suriyadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib.   Bu barıdə Sfera.az-a Ombudsman Aparatından məlumat ...

"Naxçıvanda raketlər yerləşdirib İrəvanı..." - Ermənistanın silahlanması ilə bağlı SƏRT AÇIQLAMA

“Ermənistanın silahlanması Cənubi Qafqazda yeni təhlükəsizlik problemlərinə yol açır”.   Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Ə...

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Hər bir dövlətin istər mübarizə əzmi, istərsə də müdafiə qabiliyyəti onun güclü iqtisadiyyatına əsaslanır. Azərbaycan da belə dövlətlərdəndir. Vətən Müharibəsi ...

Xüsusi təyinatlılar təlimdə düşmən obyektinə qəfil basqın etdilər - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) xüsusi təyinatlı bölmələri ilə “Gecə şəraitində düşmən obyektinə qəfil basqın” mövzusunda taktiki-xüsusi təlim keçi...