KİV: "Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək"

KİV: "Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək"

Livan “Hizbullah”ının lideri Həsən Nəsrullahı Seyid Haşim Səfiuddinin əvəz edəcəyi gözlənilir.

 

Sfera.az xəbər verir ki, bu barədə İsrailin “Ediot Aqarnot” qəzeti bildirib.

 

Haşim Səfiuddin 1964-cü ildə Livanın cənubundakı Deyr Qanun əl-Nahrda nüfuzlu şiə ailəsində anadan olub. “Hizbullah”ın yüksək vəzifəli rəsmisi Həsən Nəsrullahın ana tərəfdən əmisi oğludur. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın "ikinci nömrəsi" hesab olunur.

 

2017-ci ildə ABŞ Dövlət Departamenti onu terrorçu kimi tanıyıb.

 

Livana geri çağırılana qədər Haşim Səfiuddin Nəcəf (İraq) və Qumda (İran) Nəsrullahla ilahiyyat təhsili alıb. 1995-ci ildə o, hərəkatın ən yüksək qurumu olan “Məclis əş-Şura”ya (Məşvərət Məclisi) təyin edilib. Haşim Səfiuddin “Cihad Şurası”nın rəhbəri təyin olunub.

 

O, “Hizbullah”ın üç əsas liderindən biridir - digər ikisi İsrail qüvvələri tərəfindən öldürülən Həsən Nəsrullah və Naim Qasimdir. 2006-cı ildə baş katib vəzifəsinə Həsən Nəsrullahın mümkün varisi kimi onun namizədliyi göstərilib.

 

2020-ci ilin iyun ayında oğlu Seyid Rza Haşim Səfiuddin keçmiş Qüds Qüvvələri komandiri Qasim Süleymaninin qızı Zeynəb Süleymani ilə evlənib.(Report)


OXŞAR XƏBƏRLƏR

İmişlidə qaz kəməri zədələndi: 9 məntəqədə təchizat dayandı

İmişli rayonunda qazıntı zamanı yeraltı qaz kəməri zədələnib, 9 yaşayış məntəqəsində təchizat dayanıb.   Sfera.az xəbər verir ki, "İmişli 1"...

Pakistanda helikopter qəzaya uğrayıb: Ölənlər yaralananlar var

Pakistanın şimalında çarter uçuş həyata keçirən vertolyot qəzaya uğrayıb.    Sfera.az bildirir ki, qəza nəticəsində azı 6 nəfər ölüb, daha 8 nəf...

Livanda İranın daha bir yüksək rütbətli zabiti öldürüldü

Livanın paytaxtı Beyruta endirilən aviazərbələr nəticəsində İranın daha bir yüksək rütbəli zabiti öldürülüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə &...

Qərbi Azərbaycan İcmasından BƏYANAT: "Qətiyyətlə pisləyirik!"

Avropa İttifaqının (Aİ) rəsmi nümayəndəsi Peter Stanonun Ermənistanın silahlandırılmasına və Avropa İttifaqının Ermənistandakı missiyasının (EUMA) fəaliyyətinə ...

Azərbaycan nümayəndəsi VI Avropa Olimpiya Akademiyasının Konqresində iştirak etdi

Milli Olimpiya Akademiyasının vitse-prezidenti, Olimpiya çempionu Fərid Mansurov sentyabrın 24-28-də Afina şəhərində keçirilən VI Avropa Olimpiya Akademiyasının...

Baş Qərargah rəisi komandir və rəis heyəti ilə görüşdü

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda briqada komandirləri, müavinləri, əməliyyat və döyüş hazırlığı şöbə (bölmə) rəisləri ilə toplanış keç...