Azərbaycanlı şairə Şimali Amerika Yazıçılar İttifaqının üzvü seçildi
Azərbaycanlı şairə, pianoçu və prodüser Zəhra Bədəlbəyli mayın 17-də Şimali Amerika Yazıçılar İttifaqının üzvü seçilib. Bu İttifaq tanınmış rus şairləri Rimma Kazakova, Yevgeni Yevtuşenko və Qennadiy Nord tərəfindən təsis edilib. Sfera.az xəbər verir ki, Z.Bədəlbəyli bu xəbəri şəxsi sosial media hesabında paylaşaraq, İttifaq rəhbərliyinə yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edib. O, qeyd edib: “Bu, gözlənilmədən baş verdi, amma çox şadam. Belə, sanki təsadüfi görünən anlar, ətrafdakı