Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

Evini təmir etdirdi, xeyli varlandı - Maraqlı hadisə

İspaniyanın Luqo şəhərində yaşayan Tono Pineiro adlı şəxs yeni aldığı evində təmir işləri apararkən gözlənilməz bir tapıntı ilə qarşılaşıb. Uzun illərdir tərk edilmiş vəziyyətdə olan evi “Facebook” üzərindən bəyənib alan Pineiro, divarların içində altı ədəd “Nesquik” qutusu aşkarlayıb. Qutuların içindən isə böyük məbləğdə köhnə İspan pesetaları (avrodan öncə istifadə edilən milli valyuta - red.) aşkarlanıb. Pesetalar 65 min dollar və ya 110 min manat dəyərində olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu tapıntı Pineiro üçün uzunmüddətli sevinc gətirməyib. Çünki tapılan pullar İspaniyada 2002-ci ildə avroya keçid zamanı dövriyyədən çıxarılmış banknotlar olub. Üstəlik, bəzi banknotlar o qədər köhnə olub ki, artıq avroya çevrilməsi mümkün deyil. Bank rəsmiləri bu tip köhnə pulların dəyişdirilməsi üçün son müddətin çoxdan keçdiyini bildirib və pulların bir hissəsinin dəyərsiz olduğunu açıqlayıb.


Buna baxmayaraq, Pineiro nisbətən yeni tarixli banknotların bir qismini dəyişdirərək vəsaiti xilas edə bilib. O, bu pulla evin dam örtüyünü yenilədiyini və qalan bir neçə köhnə banknotu isə xatirə olaraq saxladığını bildirib.


Pineiro pulların nəm və zədələnmədən qorunması məqsədilə “Nesquik” qutularına qoyularaq divarlarda gizlədildiyini ehtimal edir. “Bəzi qutular zədələnmişdi, amma digərləri sanki yeni ütülənmiş kimi görünürdü, bu inanılmaz bir tapıntı idi”, – deyə o, təəssüratlarını bölüşüb.


Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Pərvin Abıyeva şıdırğı rəqsi ilə diqqət çəkdi - VİDEO

Aktrisa Pərvin Abıyevanın görüntüsü marağa səbəb olub.   Sfera.az xəbər verir ki, paxtaxt məkanlarının birinə rəfiqələri ilə istirahətə yollanan...

Küləkli hava bu tarixədək davam edəcək

İulun 6-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.   Milli Hidrometeorologiya Xi...

Azərbaycanın qızıl bazarında vəziyyət necədir?

Azərbaycanda məhərrəmlik ayı başlayıb. Bu ayda toy mərasimləri olmadığı üçün qızıl zinət əşyalarına maraq olmadığı üçün bu zinət bazarına da təsirsiz ötüşmür. ...

Azərbaycanın mədəniyyətə ağır itki: Tanınmış bəstəkar vəfat etdi- FOTO

Tanınmış bəstəkar, Abşeron Rayon İcra Hakimiyyətinin Arxiv İdarəsinin rəisi Ruslan Əhmədoğlu vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə onun ya...

Bu gün imtahan var

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.   Sfera.az xəbər verir...

Elçin Əmirbəyov sülh sazişinin imzalanmasına mane olan amillərdən DANIŞDI - FOTO

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün saziş layihəsinin mətni üzrə müzakirələr tamamlanıb.   Sfera.az xəbər ...