Süni intellekt yaradıcılığı: Müəllif kim hesab edilir?
Texnologiyanın inkişafı ilə yaradıcılığın sərhədləri sürətlə dəyişir. Əgər bir vaxtlar yazıçı qələmlə, rəssam fırçayla, bəstəkar isə notlarla yaradırdısa, bu gün süni intellekt eyni işi bir neçə saniyəyə yerinə yetirə bilir. Artıq süni intellekt şəkil çəkə, musiqi bəstələyə, məqalə, film ssenarisi, hətta roman yaza bilir. Bununla da yaradıcılıq sahəsində köklü bir dönüş yaranıb: ideya, ifadə və müəlliflik məsələləri insanın inhisarından çıxmağa başlayıb. Bəs belə olan halda, bu əsərlərin