“Starlink” peykləri Yer üçün təhlükədir

"Starlink" peykləri Yer üçün təhlükədir
Kateqoriya məlum deyil
T

Harvard Smitson Astrofizika Mərkəzinin alimi Conaton Makdauell "SpaceX"in “Starlink” peyklərinin sürətlə orbitdən çıxaraq Yer atmosferinə düşməsinin stratosferə və ozon təbəqəsinə ciddi zərər verə biləcəyini deyib.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hazırda 8 mindən çox “Starlink” peyki Yer orbitindədir və şirkət bu il 2 mindən çox yeni peyk buraxıb.


ABŞ Federal Aviasiya Administrasiyası (FAA) 2023-cü ildə Elon Maskı xəbərdar edərək, peyklərin 2035-ci ilə qədər ölümcül qəzalara səbəb ola biləcəyini proqnozlaşdırmışdı. FAA-nın hesabatına görə, yaxın illərdə təxminən 28 min təhlükəli kosmik qalıq atmosferə düşə bilər. Mask bu təhlili “absurd və əsassız”, “SpaceX” mühəndisi David Qoldstein isə hesabatı “dərin qüsurlu” adlandırıb.


“SpaceX” peyklərinin “tamamilə yanmaq” üçün dizayn edildiyini iddia etsə də, şirkət bu il bəzi peyklərin tam məhv olmadığını etiraf edib. 


Narahatlıqlar yalnız kosmik tullantılarla məhdudlaşmır. Peyklərin atmosferdə yanması zamanı alüminium, litium və mis kimi zəhərli metallar stratosferdə toplanır.
Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) atmosfer kimyaçısı Daniel Merfi bildirib ki, bu peyklərin stratosferə təsiri barədə demək olar ki, heç kim düşünmür.


Merfi və komandasının araşdırmasına görə, bu metallar sulfat turşusu aerozollarına qarışaraq ozon təbəqəsini zəiflədə bilər. Alüminium birləşmələri işıqla reaksiya verərək xlorun sərbəst buraxılmasını artırır və ozonun parçalanmasına səbəb olur.


“ASD Eurospace” rəhbəri Pyer Lionne isə xəbərdarlıq edib:


"“SpaceX" 30 ildən sonra böyük ekoloji problem yarada bilər”.


Bəsti Rəfizadə
Sfera.az



 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR