Dünyanın ən sürətli smartfon ekranı yaradılıb – FOTO

Dünyanın ən sürətli smartfon ekranı yaradılıb – FOTO
Kateqoriya məlum deyil
T

Çinli smartfon istehsalçısı “OnePlus” bu ayın sonunda təqdim edəcəyi yeni “OnePlus 15” modeli ilə texnologiya həvəskarlarını sevindirəcək. Şirkət, ekran istehsalçısı BOE ilə birgə işləyərək, smartfonlarda bir yenilik olan 165Hz yeniləmə sürətinə malik OLED ekranı təqdim edəcək.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni nəsil ekran, BOE-nin üçüncü nəsil “Oriental Display” texnologiyası əsasında hazırlanıb. 


Ekran 6,78 düym ölçüdə, 165Hz yeniləmə sürətinə malik olacaq.

 

“OnePlus” prezidenti Li Ciye Luis bu ekranı indiyə qədər hazırlanan ən qabaqcıl smartfon paneli adlandırıb. Ekranın bütün texniki detallarının 14 oktyabrda Şenzendə keçiriləcək BOE tədbirində açıqlanacağı bildirilib.


Yeni ekran həmçinin “Android” cihazlarda 1 nit parlaqlığa qədər enə bilən ilk ekran olma xüsusiyyətinə malikdir ki, bu da qaranlıq mühitdə göz yorğunluğunu minimuma endirəcək.


“OnePlus 15”in ekranı uzun müddətli istifadələrdə göz sağlamlığını qoruyacaq şəkildə optimizasiya olunub və “Smart Eye Protection 5.0” Qızıl sertifikasına sahib olacaq.


Bəsti Rəfizadə
Sfera.az

 

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR