Hər kəsin həlak olduğu təyyarə qəzasından sağ çıxaraq meşədə 11 gün qalan qızcığaz

Hər kəsin həlak olduğu təyyarə qəzasından sağ çıxaraq meşədə 11 gün qalan qızcığaz
Kateqoriya məlum deyil
T

Aviasiya tarixində ən ölümcül ildırım vurması kimi qeydə alınan ildırım 1971-ci il dekabrın 24-də Perunun Lima şəhərindən Pukalpa şəhərinə gedərkən “LANSA 508”saylı təyyarni vurub. 17 yaşlı qız Culiana Koepcke istisna olmaqla, təyyarədə olan 90 nəfərin hamısı həlak olub.

 

Sfera.az inanılmaz olsa da, həqiqətən baş vermiş maraqlı hadisə haqqında yazı təqdim edir.

 

İnanılmaz dərəcədə 17 yaşlı qız Culiana Koepcke qəzadan sağ çıxdı və Amazon Yağış Meşəsində 11 gün həyat uğrunda mübarizə apardı. İnsident Culiana Koepckenin orta məktəbi bitirmə mərasimi və məzuniyyət gecəsindən bir neçə saat sonra baş verib. Culiana anası ilə atasını görmək və onunla da önəmli günü qeyd etmək üçün təyyarəyə minmişdilər. Uçuş boyu şiddətli fırtına baş verdi və anası dəhşətə gəldi, lakin uçmağı sevən Culiana narahat olacaq bir şey olduğunu düşünmürdü.

 

İldırım təyyarənin qanadına dəyib

 

Culiananın sözlərinə görə, sərnişinlər qəfildən təyyarənin qanadında parlaq, ağ işığı görəndə panikaya düşüblər. İldırım çaxıb və təyyarənin mühərriki sıradan çıxıb, təyyarə düşməyə başlayıb. Təyyarənin gövdəsinin parçalandığını görən sərnişinlər qışqırıblar. Hələ də təhlükəsizlik kəmərində olan Culiana oturacağı ilə birlikdə təyyarədən atılıb. O, 10.000 fut hündürlükdən meşəyə enərkən külək onun oturacağını vertolyot kimi fırladıb, enişini ləngidib. Yerə çatan kimi hava qaralıb və növbəti 20 saat ərzində nə baş verdiyini xatırlamayıb. O, özünə gələndə təhlükəsizlik kəmərinin çıxdığını görüb. Çox güman ki, huşunu itirdiyi üçün onu açdığına inanır.

 

Culiana özünə gələn an

 

Qəzadan sonra o, saat 9 olduğunu güman edib, çünki saatı hələ də tıqqıltıda idi. Həmin vaxt güclü yağış yağırdı və o, islanmışdı. Yavaş-yavaş özünü toplamağa çalışarkən, yağışdan qorunmaq üçün yıxıldığı oturacağın altına sığınıb. O anı təsvir edərək deyirdi:

 

"Həmin an heç nə hiss edə bilmədim. Ayağa qalxmaq üçün əlimdən gələni etdim, ancaq dizlərimin üstündə güclə dayana bildim. Sonra birdən gözüm qaraldı". 

 

O an Culiana anlayıb ki, yenidən ayağa qalxana qədər bir az vaxt lazım olacaq. Çox güman ki, körpücük sümüyü sınmışdı. Qolunda az, baldırında isə dərin kəsik var idi, ətrafı qurdlarla əhatə olunmuşdu və belə davam edərsə, qolunun amputasiya olunacağından qorxurdu. Bədənində adrenalin o qədər yüksək idi ki, aldığı xəsarətlərə baxmayaraq, heç nə hiss etmirdi.

 

Özünü daha yaxşı hiss edəndə Culiana ayağa qalxa bildi və uşaqlıqdan aldığı biliklərdən istifadə edərək nə edəcəyini düşündü.

 

O, cəngəllik ərazisi ilə kifayət qədər tanış idi və o an haqqında bunları deyir: "Mən balaca olanda tropik meşədəki həyat haqqında çox şey öyrənmişdim. Ən azından bunun o qədər də təhlükəli olmadığını bilirdim". Qəzadan sonra Culiana digər sağ qalanları axtarmağa başladı, lakin əraziyə qayıtmaq üçün kiçik izlər də buraxdı. 

 

Qəzadan düz dörd gün sonra o, artıq tanış olduğu bir səs eşitdi.

 

Bu, Kral Vulture (Akbaba) adlı qarğanın çağırışı idi. O, uşaq ikən anasından bu növün yalnız çürümüş ət yediyini öyrənmişdi. Qarğanın çağırışına əməl edərək o, təyyarədə üç sərnişinin qalıqlarını tapıb. Sərnişinlər o qədər sürətlə yıxılmışdılar ki, qadın onların cəsədlərinin yerə basdırıldığını, yalnız ayaqlarının göründüyünü görə bildi. Onun sözlərinə görə, sərnişinlərdən biri qadın olub. Təbii ki, Culiana o an anasının cəsədini tapdığını düşünərək dəhşətə gəldi. Amma ancaq ayaqları görünən bu qadının dırnaqlarında boya olduğunu gördü və anasının dırnaqlarının cilalanmadığını xatırlayıb, rahatlaşıb.

 

O, sağ qalmaq üçün çox mübarizə apardı.

 

Culiana sağ qalmaq üçün bildiyi hər şeyi sınadı. Susuz qalmamaq üçün su ehtiyacını ödəmək üçün yarpaqların damcılarını udsa da, yemək tapmaq o qədər də asan deyildi.

 

Əlində heç bir aləti yox idi və tropik meşələrdə yetişən bitkilərin çoxunun zəhərli olduğunu bilirdi. O, təyyarədən düşdüyü yerdə bir çanta şəkər tapmışdı və günlərlə bunun üstündə yaşamışdı. Hər gün bir neçə qənd yeyərək sağ qalmağa çalışsa da, şəkəri bitəndə çox çətin günlərlə üzləşmişdi. Kiçik bir quyu taparaq daha çox su əldə etmək üçün aşağı axını izləyib. Gecələr çox soyuq idi və əynində yalnız qısaqol köynək vardı. Onun qol saatı xarab olduğu üçün nə vaxt, nə də zaman hissi var idi. Günəşin doğuşunu və batmasını seyr edərək vaxtı təxmin etməyə çalışırdı.

 

Keçmiş biliyi sayəsində meşədə həmçinin çoxlu zəhərli ilanların olduğunu bilirdi və o, həqiqətən də dəhşətə gəlmişdi.

 

Payız vaxtı idi, ayaqqabılarından birini itirmişdi və günlərcə yalnız bir ayağında ayaqqabısı vardı. Daha da pisi, görmə qabiliyyəti zəifləyirdi və o, əlbəttə ki, eynəklərini itirmişdi. Bütün uğursuzluqlara baxmayaraq, o, həyat uğrunda mübarizədən heç vaxt vaz keçmədiyini deyir. Culiana axını izləyərək daha böyük su mənbəyi tapacağına ümid edirdi. Dərədə yaşayan timsahları görmüşdü, lakin onun dediyinə görə, zərər verməsən, timsahlar insana heç vaxt zərər verməz.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR