Uzunömürlülərin ölkələri - Azərbaycan siyahıda var?

Uzunömürlülərin ölkələri - Azərbaycan siyahıda var?
Kateqoriya məlum deyil
T

İnsanların ömrü ölkədən ölkəyə və regiondan regiona ciddi fərqlilik göstərir. Ortaya çıxan bu fərqliliklər əsasən iqtisadi inkişaf, səhiyyə xidmətlərinin keyfiyyəti, qidalanma, həyat tərzi və ətraf mühit faktorları ilə bağlıdır.


Sfera.az xəbər verir ki, dünyada insanların orta ömrü təxminən 73–75 il civarındadır. Qadınlar kişilərdən daha uzun ömür sürür. Dünya üzrə qadınların orta ömrü 75–77 il, kişilərin isə 70–73 il təşkil edir.


Regionlara görə ortalama ömür müddəti isə belədir:


1. Avropa ölkələrində orta ömür ən yüksək səviyyədədir. Məsələn, İsveçrə, İspaniya və İtaliya ölkələrində insanlar orta hesabla 83-84 il yaşayır.


2. Şimali Amerikada isə ABŞ və Kanada üzrə orta ömür təxminən 78-79 il təşkil edir.


3. Asiyada Yaponiya uzunömürlüləri ilə tanınır.Burada orta ömür 84 il civarındadır. Digər Asiya ölkələrində, məsələn, Hindistanda orta ömür 70 il, Çin və Cənubi Koreyada isə 77-82 ildir.


4. Afrika ölkələrində ortalama ömür daha aşağıdır. Nigeriyada 55-56 il, Cənubi Afrikada isə 64 il təşkil edir. Bu, əsasən səhiyyə xidmətlərinin yetərsizliyi və yüksək infeksiya xəstəlikləri ilə bağlıdır.


5. Latın Amerikası ölkələrində, məsələn, Braziliya, Argentina və Çilidə orta ömür 75-78 il arasında dəyişir.


6. Azərbaycan üzrə orta ömür 74-75 il civarındadır. Qadınlar kişilərdən daha uzun yaşayır.  Qadınlar 77 il, kişilər isə 72 il yaşayır. Son illərdə səhiyyə sistemində aparılan islahatlar və həyat tərzi dəyişiklikləri ölkədə ömür müddətinin artmasına təsir göstərir.


Araşdırmalar göstərir ki, uzun ömür üçün yalnız tibbi imkanlar deyil, həm də sağlam qidalanma, aktiv həyat tərzi, stressdən uzaq yaşamaq və sosial əlaqələrin möhkəm olması önəmlidir. Dünya ölkələrinin orta ömür göstəriciləri insanların həyat şəraitini və səhiyyə sistemlərinin effektivliyini qiymətləndirmək üçün mühüm göstəricidir.

 

Niyaz Hacıyev
Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR