Uşaq satışı ilə məşğul olan həkim: Tomas Hiksin qalmaqallı hekayəsi

Uşaq satışı ilə məşğul olan həkim: Tomas Hiksin qalmaqallı hekayəsi
Kateqoriya məlum deyil
T

TLC-nin "Oğurlanmış körpələr" proqramında insanlar Dr. Tomas Hiksin doğulduğu ailələrdən qoparılaraq başqa ailələrə satılan körpələrin inanılmaz hekayələrinin şahidi olub.

 

İnanmaq çətin olsa da, 1950-ci və 1960-cı illərin əvvəllərində Dr. Tomas Hiksin klinikasında 200-dən çox yeni doğulmuş körpə qeyri-qanuni olaraq başqa ailələrə satılıb. Təxminən yarım əsr sonra TLC "Oğurlanmış körpələr" adlı bir proqram hazırladı. Bu proqramda Dr. Tomas Hiksin digər ailələrə satdığı körpələrin bioloji ailələrinin illərlə davam edən ümidsiz axtarışları, onların təcrübələri və hadisələrin şahidləri haqqında danışılır.

 

Sfera.az bu yazıda şahidlər və zərərçəkənlərin baş verən hər şeyi danışdığı real hadisənin təfərrüatlarını təqdim edir.


Sözügedən proqram, Hiksin cinayətini uzun müddət ərzində ifşa etmək üçün TLC-nin aparıcıları Chris Jacobs və Lisa Joyner, Oğurlanmış Körpələrin ən kiçiyi Ceyn Blasio ilə birlikdə hazırlanıb.
 

9 oktyabr 2020-ci ildə yayımlanan bu veriliş bu dəhşətli vəziyyətin bütün miqyasını ortaya qoyub.
 

Bəs yüzlərlə körpəni ailəsindən qoparan doktor Tomas Hiks kim idi?
 

Hiks kiçik dağlıq McCaysville şəhərində sevimli və hörmətli həkim idi. Zaman keçdikcə qadınlar doktor Hiksi görmək üçün kilometrlərlə uzaqdan gəlməyə və təəccüblü şəkildə ona maraq artmağa başladı. Onun bu qədər diqqət çəkməsinə səbəb 100 dollara abort etdirməsi olub. Onun haqqında eşidən hər kəs doktor Hiksin yanına gəlirdi.
 

Həmin vaxt o da tədricən ştatdan kənarda olan valideynlərin körpələrini gizli şəkildə övladlığa götürməyə başlayıb.
Hiks 1964-cü ildə qeyri-qanuni abort etməkdə ittiham edildikdən sonra tibbi lisenziyası əlindən alınıb. Doktor Hiksin 1972-ci ildə 82 yaşında ölməsindən düz 25 il sonra öz ailələrindən olan körpələri başqa ailələrə gizli şəkildə satmaqda əli olduğu iddiası üzə çıxdı.

 

Yaxşı, bəs Dr. Hiksə nə oldu? Doktor Hiks bunu heç kimin fərqinə varmadan necə etdi?
 

1950-ci illərin əvvəllərində Hiks telefon köşklərində, avtovağzallarda və körpülərdə qanunsuz abort və övladlığa götürmə xidmətlərini reklam etməyə başladı. Zamanla o, abort biznesini uşaq satışı biznesinə çevirib. Doktor Hiks ona abort etmək üçün gələn qadınları planlarından əl çəkib hamiləliyini davam etdirməyə razı salacaq, körpələri dünyaya gətirəcək və başqalarına 800-1000 dollara satacaqdı.
 

“ABC News”un apardığı araşdırmaya görə, doktor Hiksin körpələrinin öldüyünü iddia edərək, vaxtaşırı öz xəstələrinə yalan danışdığı, sonra isə körpələri öz neonatal klinikasının arxa qapısından qaçaqmalçılıq yolu ilə çıxarıb satdığı müəyyən edilib.
 

O, həmçinin övladlığa götürən ailələrin şübhələrini aradan qaldırmaq üçün saxta doğum şəhadətnaməsi də hazırlayıb. Doktor Hiksin satdığı körpələrdən biri olan Melinda Dauson deyir ki, övladlığa götürən ailəsi 1962-ci ildə onun üçün 1000 dollar ödəyib. Dauson bilditir ki, ailəsi onu götürməyə gələndə onlara “qabaq qapıdan içəri girin, körpəni götürün və arxa qapıdan evə gedin” deyiblər.
 

Bəs vəziyyət necə üzə çıxdı?
 

Bu sarsıdıcı həqiqət 1997-ci ildə Dr. Hiksin övladlığa götürdüyü körpələrdən bir neçəsi yetkinlik yaşına çatdıqda və vəziyyətlərindən şübhələnməyə başlayanda üzə çıxıb və onları hadisə ilə bağlı şəraiti araşdırmağa sövq edib. Vəziyyətdən şübhələnən bu şəxslər 2014-cü ildə DNT testindən keçiblər. Aradan illər keçməsinə baxmayaraq, Hiks tərəfindən doğularkən ata-anasından alınaraq özlərinə verilən bu körpələrin bir çoxu hələ də TLC proqramı vasitəsilə öz valideynlərini axtarır.

 

Xanım

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR