Xəstəxanaya yerləşdirilən aktyor səhhətindən yazdı
Bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilən Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov səhhəti ilə bağlı açıqlama verib. Sfera.az xəbər verir ki, aktyor müalicəsinin başa çatdığını, evə buraxıldığını bildirib. Özünü yaxşı hiss etdiyini deyən R.Səfərov müalicəsini ev şəraitində davam etdirəcəyini vurğulayıb. Aktyor xəstəxanada olduğu müddətdə onun üçün narahat olan doğmalarına, yaxınlarına, çalışdığı teatrın kollektivinə təşəkkür edib: “Əziz dostlar, bildiyiniz kimi, son günlər səhhətimlə