Burcu Biricik göz yaşlarını saxlaya bilmədi

Kateqoriya məlum deyil
T
Türkiyəli aktrisa Burcu Biricik İstanbulun Beyoğlu rayonunun Asmalımescit ərazisində həyat yoldaşı Emre Yetkinlə birlikdə görüntülənib.
Sfera.az xəbər verir ki, Biricik məkanda olduğu zaman emosional anlar yaşayıb və göz yaşlarını saxlaya bilməyib.
Həyat yoldaşı isə həmin vaxt onu sakitləşdirməyə çalışıb.
Məkandan çıxarkən jurnalistlərin suallarını cavablandıran aktrisa emosional anlarının səbəbini açıqlayıb. Biricik bunun analıq hissləri ilə bağlı olduğunu bildirib:
“Analığın gətirdiyi bəzi duyğulardır. Ana olmaqla bağlı emosional an idi. Heç bir problem yoxdur, hər şey qaydasındadır”.
Gecənin davamında isə Biricik daha şən görüntülər nümayiş etdirib. Aktrisa küçədə gül satan uşaqlarla rəqs edib.
İradə Elsevər






