Məşhur müğənninin geyimi əridi - FOTO

Dünyaca məşhur müğənni Olivia Rodriqo “Unraveled Tour” turunun ilk konsertində fərqli səhnə şousu ilə diqqət çəkib.
Sfera.az xəbər verir ki, Rodriqo “The Cure” mahnısını ifa edərkən süni yağışın altına keçib.
Üzərindəki ağ, qolsuz geyim su ilə təmas etdikdən sonra saniyələr ərzində parçalanaraq bədənindən ayrılıb və altındakı qırmızı korset tulum və mikro-mini yubka üzə çıxıb.
Səhnədəki qeyri-adi kostyumun arxasında Kipr əsilli türkiyəli məşhur dizayner Hüseyin Chalayan dayanır. Geyim su ilə təmas zamanı həll olan xüsusi parça texnologiyası ilə hazırlanıb.
Olivia Rodriqo sosial media hesabında səhnə görüntülərini paylaşaraq bu şounu təxminən bir ildir planlaşdırdığını bildirib.
Müğənninin turu gələn ilin fevralında Bruklində keçirəcəyi 10 konsertlə başa çatacaq.
İradə Elsevər








