Məşhur cütlük yenidən gündəmdə: Aktrisanın "Sting" ifası

Məşhur aktrisa Serenay Sarıkaya və müğənni Mert Demir bu dəfə sosial media paylaşımı ilə gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Mert Demir sevgilisi Serenay Sarıkayanın avtomobildə birlikdə yol gedərkən çəkdiyi görüntüləri sosial media hesabında paylaşıb.
Videoda Serenay Sarıkayanın Stingin məşhur “Shape of My Heart” mahnısını ifa etdiyi görünür. Aktrisanın mahnıya qoşulduğu anlarda sevgilisi Mert Demirə baxışları da diqqət çəkib.
Demirin paylaşdığı videoda Sarıkayanın təbii görünüşü də ön plana çıxıb. Məşhur aktrisanın peşəkar çəkilişlərdən uzaq, gündəlik və səmimi görüntüləri izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Serenay Sarıkaya ilə Mert Demir bir müddətdir münasibətləri ilə Türkiyə maqazin gündəminin diqqət mərkəzindədir. Cütlükdən son dövrlərdə birlikdə görüntülər az gəlsə də, vaxtilə onların ayrıldığına dair iddialar yayılmışdı.
İradə Elsevər






