Çində bu seriallara məhdudiyyət qoyuldu

Çində bu seriallara məhdudiyyət qoyuldu
Kateqoriya məlum deyil
T

Çin hökuməti son dövrlərdə ölkədə geniş populyarlıq qazanan mikro-dramalara qarşı nəzarəti gücləndirib.

Sfera.az xəbər verir ki, Çinin Dövlət Radio və Televiziya Administrasiyası mikro-dramalarda bəzi məzmunlara qarşı iki aylıq xüsusi yoxlama kampaniyasına başayıb.

Yeni tədbirlər çərçivəsində seriallarda uşaqlara zərərli məzmun, həddindən artıq seksual səhnələr, zorakılıq və qisas, xurafat, eləcə də pul hərisliyi və dəbdəbəli həyat tərzinin təbliği xüsusi nəzarətə götürülüb. Rəsmi açıqlamada həmçinin evlilik və sevgi münasibətlərini yanlış və sağlam olmayan şəkildə təqdim edən süjetlərə qarşı da tədbir görüləcəyi bildirilib.

Bu qərar xüsusilə son illərdə Çində populyarlaşan, süjetində böyük sərvət sahibi şəxslərlə maddi imkanı olmayan insanların romantik münasibətlərinin əsas yer tutduğu mikro-dramaları gündəmə gətirib. Çin hakimiyyəti "varlı qız - kasıb oğlan" və ya "varlı oğlan - kasıb qız" mövzulu serialların çəkilməməsini tövsiyyə edib. Belə ki, prodüserlərdən lüks həyat tərzini həddindən artıq nümayiş etdirməmələri və hekayələri yalnız “zəngin biri ilə evlənmək” ideyası üzərində qurmamaları tələb olunub.

Yeni qaydalara əsasən, platformalar problemli hesab edilən məzmunları müəyyən etdikdə onların yayımını dayandırmalı və müvafiq düzəlişlər etməlidir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR