Hadisə neçə uşaq istədiyini açıqladı

Hadisə neçə uşaq istədiyini açıqladı
Kateqoriya məlum deyil
T

Məşhur müğənni Hadisə İstanbulda keçirilən konsert zamanı pərəstişkarları ilə söhbətində şəxsi həyatı ilə bağlı açıqlama verib.

Sfera.az xəbər verir ki, 40 yaşlı sənətçi əvvəllər böyük ailə arzuladığını, lakin illər ərzində bu barədə fikrinin dəyişdiyini bildirib.

Dörd bacı-qardaşdan ibarət ailədə böyüdüyünü xatırladan Hadisə keçmişdə ona “Neçə uşaq istəyirsən?” sualı veriləndə 6 uşaq arzuladığını söylədiyini qeyd edib.

Müğənni bu gün isə həmin suala fərqli cavab verdiyini deyərək, “Əvvəllər 6 deyirdim, indi 1 deyirəm” ifadəsini işlədib.

Hadisənin açıqlaması konsertdə tamaşaçıların marağına səbəb olub. Sənətçi qısa söhbətdən sonra çıxışını davam etdirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR