Selim Bayraktardan Serhat Kılıçın vəfatı ilə bağlı etiraflar

Selim Bayraktardan Serhat Kılıçın vəfatı ilə bağlı etiraflar
Kateqoriya məlum deyil
T

Məşhur aktyor Selim Bayraktar sentyabrın 5-də İstanbulun Kağıthane rayonundakı evində vəfat edən həmkarı və yaxın dostu Serhat Kılıçla bağlı açıqlamalar verib.

Sfera.az xəbər verir ki, Bayraktar bildirib ki, Kılıçla uzun illərdir dost olublar və aktyor sonuncu çəkiliş gününə qədər onunla birlikdə olub.

Onun sözlərinə görə, Kılıç daha əvvəl xərçəng xəstəliyindən müalicə alıb, son dövrdə isə boyun nahiyəsində ciddi problem yaşayıb və həkim nəzarətində olub.

Aktyor Kılıçın vəfatından bir gün əvvəl onu həkimə aparmaq üçün razılaşdıqlarını, lakin görüşün baş tutmadığını deyib:

“Vəfat etməzdən bir gün əvvəl onu şəxsən həkimə aparacaqdım, amma gələ bilmədi. Ondan "Yalnızsan?" deyə soruşdum. "Xeyr, deyiləm" cavabını verdi. Sən demə, həmin vaxt tək imiş. Bəzən baş verəcək hadisələrin qarşısını almaq mümkün olmur. Mən Serhat üçün çox darıxıram”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR