Logo

Bahar Şahindən etiraf: “Mən həmişə aldadılmışam”

Bahar Şahindən etiraf: “Mən həmişə aldadılmışam”
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyəli aktrisa Bahar Şahin şəxsi həyatı ilə bağlı səmimi açıqlamaları ilə gündəmə gəlib. O, münasibətlərində dəfələrlə xəyanətlə üzləşdiyini və bəzi hallarda bu barədə həqiqəti pərəstişkarlarından öyrəndiyini bildirib.

Sfera.az xəbər verir ki, aktrisa Sarp Bozqurtun “YouTube”da yayımlanan “Acı Sohbet” proqramının qonağı olub.

Şahin keçmiş münasibətlərindən danışarkən “Mən həmişə aldadılmışam” deyib. Onun sözlərinə görə, tanınmış sima olması xəyanət faktlarının üzə çıxmasına da təsir edib. Belə ki, izləyiciləri ona sevgililərinin başqa qadınlarla görüntülərini göndərərək xəbərdarlıq ediblər.

“Qarşı tərəfə sübut olmadan heç nə demirəm. Sübutlar mənə gəlir. Axı biz tanınmış insanlarıq. Mənə yazırlar ki, bacı, xəbərin olsun, filan yerdə idi”, – deyə aktrisa bildirib.

Bahar Şahin proqramda İspaniyalı keçmiş sevgilisi ilə yaşadığı münasibətin pərdəarxasından da danışıb. O, bu münasibəti həyatının ən sağlam münasibətlərindən biri hesab etdiyini söyləyib.

Aktrisanın sözlərinə görə, İspaniyalı müğənni Joan Garrido ona evlilik təklifi edib. Şahin hətta Barselonaya köçmək üçün əşyalarını yığmağa başlayıb. Lakin sevgilisinin evlilik və maddi məsuliyyətlərlə bağlı sözləri münasibətlərin sonunu gətirib.

Aktrisa bildirib ki, keçmiş sevgilisi ona İspaniyada yaşamaq üçün fürsət axtardığını düşündüyünü deyib. Şahin isə tərk edilmək qorxusuna görə münasibəti özü bitirdiyini etiraf edib.

Beləliklə, aktrisanın həm xəyanətlə bağlı etirafları, həm də yarımçıq qalan evlilik hekayəsi Türkiyə maqazin gündəminin diqqət çəkən mövzularından birinə çevrilib.

Fatimə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR