Məşhur cütlük boşanır? - Yeni İDDİA

Məşhur cütlük boşanır? - Yeni İDDİA
Kateqoriya məlum deyil
T

Türkiyəli aktrisa Deniz Baysalın sosial media hesabında etdiyi dəyişiklik Barış Yurtçu ilə münasibəti ilə bağlı yeni iddialara səbəb olub.

Sfera.az xəbər verir ki, 2019-cu ildə musiqiçi Barış Yurtçu ilə ailə quran Deniz Baysal iyul ayında fikir ayrılıqları səbəbilə boşanmaq üçün məhkəməyə müraciət edib.

Məlumata görə, tərəflər arasında boşanma prosesi ilə bağlı fikir ayrılığı yaranıb. Yurtçunun vəkili vasitəsilə yaydığı açıqlamada isə aktrisanın həyat yoldaşına xəyanət etməsi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığı və əsassız olduğu bildirilib.

Son olaraq Deniz Baysal sosial media hesabından Barış Yurtçu ilə birlikdə çəkdirdiyi fotoları silib və profilində həyat yoldaşının soyadını çıxarıb. Bu addım cütlüyün artıq boşanıb-boşanmadığı ilə bağlı suallar yaradıb.

Tərəflərdən bununla bağlı rəsmi açıqlama verilməyib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR