"Həm cərimə yazırlar, həm də parklanma pulu alırlar"

Kateqoriya məlum deyil
T
Əməkdar artist Elnur Kərimov parklanma qaydasını pozduğu üçün cərimələnib.
Sfera.az xəbər verir ki, aktyor ona yazılan cərimədən narazılığını ifadə edib. E.Kərimov bildirib ki, avtomobilini saxlayaraq parklanma üçün ödəniş edib, buna baxmayaraq, eyni vaxtda polis tərəfindən ona cərimə yazılıb:
“Məqsəd nədir? Məntiqi tuta bilmirəm. “AzParking” dayanmağı qeydə alır və balansdan pul çıxır. Eyni vaxtda polis cərimə yazır. Özü də saxlayanda görürlər, heç nə demirlər. Maşının yanından ayrılan kimi cərimə yazır”.\\axsam.az







