İstanbulda ictimai nəqliyyatda gedişhaqqı ARTIRILDI
İstanbulda ictimai nəqliyyatda gedişhaqqı 13 faiz artırılıb. Sfera.az “Milliyet”ə istinadən xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin Nəqliyyat Koordinasiya Mərkəzinin iyul ayı üzrə keçirilən iclasında qərar verilib. Bununla da, İstanbulkart-la gedişhaqqı 17,70 lirədən 20 lirəyə, tələbələr üçün 8,64 lirədən 9,76 lirəyə, sosialyönümlü şəxslər (müəllim, 60 yaşlı şəxslər) üçün 12,67 lirədən 14,32 lirəyə qaldırılıb. Elektron biletlə isə bir dəfəlik keçid 25 lirədən 28,25 lirəyə,