Melaniya Tramp xatirələr kitabını nəşr edəcək


Melaniya Tramp xatirələr kitabını nəşr edəcək

ABŞ-nin keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp tərcümeyi-halını dərc etdiyini açıqlayıb.
 

Sfera.az xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş birinci xanımının saytında məlumat verilib.
 

"Melaniya" şəxsi mükəmməlliyə nail olan, müqaviməti dəf edən və həyatda öz yolunu quran qadının güclü və ruhlandırıcı hekayəsidir. Keçmiş birinci xanım qeyri-adi həyat sürmüş qadının səmimi portretini təqdim edərək oxucuları öz dünyasına dəvət edir”, - memuarın ilkin sifariş bölməsində deyilir.
 

Kitabda qeyd edildiyi kimi, burada əvvəllər heç bir yerdə dərc olunmamış hekayələr və fotoşəkillər yer alacaq.
 

"ABC" telekanalının məlumatına görə, kitab payızda işıq üzü görəcək, Melaniya Trampın özü isə hələ kitabın dəqiq buraxılış tarixini açıqlamasa da, öz saytında iki versiyanın ilkin sifarişini açıb. Birinci, “kolleksiyaçı” variantı keçmiş birinci xanımın imzası olan 256 səhifəlik tərcümeyi-hal və illüstrasiyadan, ikinci genişləndirilmiş variant isə 304 səhifədən ibarətdir ki, onlardan 48-i şəxsi arxivdən fotolar üçün nəzərdə tutulub.
 

"ABC" telekanalının məlumatına görə, Melaniya Trampın tərcümeyi-halını əvvəllər Donald Trampın Rudolf Culiani, Maykl Koen, Stiv Bannon və Alan Derşovitz kimi tərəfdaşları ilə işləyən "Skyhorse Publishing" şirkəti satacaq.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR