Türkiyə TŞ-nin iclası keçirildi: Nələr müzakirə olundu?


Türkiyə TŞ-nin iclası keçirildi: Nələr müzakirə olundu?

Bu gün Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatında deyilir.

 

İclasda PKK, PYD, YPG, FETÖ, İŞİD başda olmaqla, terror qruplaşmalarına qarşı mübarizə məsələləri müzakirə olunub.

 

Həmçinin Ukraynadakı müharibə ilə bağlı son proseslər və diplomatik səylər barədə fikir mübadiləsi aparılıb.

 

Bundan əlavə, iclasda Türkiyənin Kipr məsələsinin kiprlilərin və türklərin bərabər suveren hüquqlara və beynəlxalq statusa malik olacağı, Şimali Kipr Türk Cümhuriyyətinin isə beynəlxalq ictimaiyyətin bərabərhüquqlu üzvü olacağı iki dövlət əsasında həlli məsələsində dəyişməz mövqeyi vurğulanıb.

 

Türkiyə TŞ-də İsrailin Qəzzada apardığı əməliyyatların dərhal dayandırılmasının vacibliyi bildirilib, əks halda münaqişənin bütün regiona yayılması riski daşıdığı qeyd edilib.


OXŞAR XƏBƏRLƏR