Cəmi bir nəfər sağ qaldı: Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb


Cəmi bir nəfər sağ qaldı: Nepalda sərnişin təyyarəsi qəzaya uğrayıb

“Saurya” Hava Yollarına məxsus sərnişin təyyarəsi Nepalda qəzaya uğrayıb.

 

Sfera.az bildirir ki, qəza nəticəsində texniki işçilər və pilotlardan ibarət 18 nəfər həlak olub. Təyyarə uçuş zamanı Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanında uçuş-enmə zolağından kənara düşüb və alovlanıb. 18 nəfər yanaraq ölüb.
 

İki ekipaj üzvü və 17 texniki işçi olub. Qəzaya uğrayan təyyarə Nepalın yanvar ayında açılan və təyyarələrə texniki xidmət üçün anqarları olan yeni Pokhara hava limanında müntəzəm texniki xidmətə gedirdi.


Havaya qalxandan dərhal sonra təyyarə yerə çırpılıb.

 

Nepal Mülki Aviasiya Administrasiyasının bəyanatında deyilir:
 

"Havaya qalxdıqdan qısa müddət sonra təyyarə sağa əyilib və uçuş-enmə zolağının şərq tərəfinə düşüb".


Təyyarədə olanlardan 18-i Nepal, bir mühəndis isə Yəmən vətəndaşı olub. Saurya Hava Yollarının sözçüsü bildirib ki, təyyarə 9N-AME qeydiyyat nömrəsi olan 50 nəfərlik CRJ-200 olub.
 

Katmandudakı Tribhuvan Beynəlxalq Hava Limanının sözçüsü Tej Bahadur Poudyal, "Yalnız kapitan xilas edilib və hazırda xəstəxanada müalicə olunur"-deyə açıqlamasında bildirib.
 

Hadisə yerindən çəkilmiş kadrlarda qalın qara tüstünün göyə qalxdığı bir vaxtda yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı görünür. Videoda həmçinin təyyarənin havaya qalxması və burnunun aşağı düşməsindən əvvəl sağa əyilməsi də görünür.


Aviaşirkət qəzanın səbəbini bilmədiklərini və təyyarənin planlı texniki xidmətə getməli olduğu bildirib .


Rəsmilər Katmandu hava limanının qəzadan sonra müvəqqəti bağlansa da, bir neçə saat sonra yenidən açılması barədə məlumat veriblər.
 

2014-cü ildə qurulan “Saurya” aviaşirkəti öz saytında beş istiqamətə uçuşlar həyata keçirdiyini bildirir. Qeyd edək ki, Nepalda uçmaq çox təhlükəlidir, çünki bu Himalay ölkəsi yüksək dağlarda yerləşir və tez-tez buludlarla örtülüdür.
 

 

Katmandu vadisinin mərkəzində yerləşən ölkənin əsas hava limanı da dağ zirvələri ilə əhatə olunub ki, bu da ərazidə küləyin istiqamətinə və intensivliyinə təsir edir, uçuş- enişi pilotlar üçün çətinləşdirir.
 

2000-ci ildən bəri Nepalda təyyarə qəzalarında təxminən 350 nəfər həlak olub. Ən ölümcül hadisə 1992-ci ildə Pakistan Beynəlxalq Hava Yollarına məxsus “Airbus” təyyarəsinin Katmanduya yaxınlaşarkən təpəyə çırpılması və 167 nəfərin ölümü ilə nəticələnib.


Ən son, 2023-cü ilin yanvarında “Yeti” aviaşirkətinin qəzaya uğraması nəticəsində azı 72 nəfər həlak olub. Qəzanın səbəbi sonradan pilotlar tərəfindən elektrik enerjisinin səhv kəsilməsi olduğu müəyyən edilib.

 

Aynil

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR