İqlim fəalları təyyarələrin qarşısını kəsdi, 50 reys ləğv olundu - FOTO

İqlim fəalları təyyarələrin qarşısını kəsdi, 50 reys ləğv olundu - FOTO

 

İqlim fəallarının aksiyası ilə əlaqədar Almaniyanın Frankfurt hava limanında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb.

 

Sfera.az bu barədə “Ntv”yə istinadən xəbər verir. Belə ki, iqlim fəalları iyulun 24-də Köln-Bonn hava limanında hava nəqliyyatını təxminən 3 saat iflic edib.

 

Polis bildirib ki, 8 fəal saxlanılaraq şəxsiyyəti müəyyən edildikdən sonra onlara qarşı hava hərəkətinə təhlükəli müdaxilə və icazəsiz girişə görə cinayət işi qaldırılıb.

 

Hava limanının sözçüsü aksiyaya görə 50 reysin ləğv edildiyini açıqlayıb. Polisin etirazçılara müdaxiləsindən sonra hava hərəkəti gecikmə ilə bərpa olunub.

 

Qeyd edək ki, iki gündür davam edən etiraz aksiyalarına görə polis bütün hava limanlarında təhlükəsizliyi artırmağa qərar verib.

 

Firuzə Əliyeva

 


OXŞAR XƏBƏRLƏR