Olimpiada 2024-də terror aktı hazırlamağa cəhd edən aşpaz saxlanıldı


Olimpiada 2024-də terror aktı hazırlamağa cəhd edən aşpaz saxlanıldı

Fransada keçiriləcək Olimpiada2024-də terror aktı törətməkdə şübhəli bilinən Kirill Qryaznov saxlanılıb.
 

Sfera.az bildirir ki, Fransa hüquq-mühafizə orqanları 2024-cü il Olimpiadası zamanı terror aktı törədəcəyi ilə öyünən şübhəli şəxs haqqında məlumatı ciddi qəbul edib. Saxlanılan şəxsdə Rusiya xüsusi xidmət orqanlarının rəsmi vəsiqəsinin olduğu aşkarlanıb.
 

Rusiya vətəndaşı Kirill Qryaznov özünü aşpaz kimi təqdim edib və elit restoranlar şəbəkəsində işləyib. O, 2024-cü il Olimpiya Oyunlarında casusluqda və terror aktı hazırlamaqda şübhəli bilinərək Fransa hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
 

Qryaznovun xaricə səfəri zamanı saxlanıldığı bildirilir. O, mayın 5-də Fransa istiqamətində hərəkət etməyə başlayıb. Əvvəlcə İstanbula, sonra Bolqarıstana çatan Qryaznov spirtli içki qəbul edib, bundan sonra Olimpiada zamanı yerinə yetirməli olduğu xüsusi tapşırığın necə olduğundan danışıb. Hətta, vaxtaşırı başqalarına zəng edərək, hər şeyin plana uyğun getdiyinə inandırıb. Bundan əlavə, o, Moldova vətəndaşını özünə köməkçi götürdüyü ilə öyünüb. Rus həmsöhbətlərindən biri onun haqqında mətbuata danışıb. Nəşr araşdırma aparıb, bəzi şübhəli faktlar üzə çıxarıb və Qryaznov saxlanılıb.


"Onlar bu Olimpiadanı uzun müddət xatırlayacaqlar!" – deyə Qryaznov saxlanılmadan əvvəl hədə-qorxu da gəlib.
 

Fransa hüquq-mühafizə orqanlarının əməkdaşları jurnalistlərin müraciətindən sonra şübhələri ciddi qəbul ediblər. O, iyulun 19-da saxlanılıb. Axtarış zamanı rusiyalının üzərində “diplomatik materiallar” və “V departament”in rəsmi vəsiqəsi aşkar edilib.


İstintaq Rusiya vətəndaşının beynəlxalq idman tədbiri zamanı konkret nə ilə təhdid etdiyi barədə əlavə açıqlama vermir. Məqalədə onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olduğunu sübut edən bir neçə fakt göstərilir.


Qeyd edək ki, 2024-cü il Olimpiya Oyunları Parisdə baş tutacaq və iyulun 26-dan avqustun 11-dək davam edəcək. Fransa qlobal qeyri-sabitlik şəraitində paytaxta gələcək idmançıları və azarkeşləri qarşılamağa hazırlıq məqsədilə təhlükəsizlik tədbirlərini gücləndirib. Pezident Emmanuel Makron Olimiada zamanı Rusiya-Ukrayna müharibəsində döyüşlərin dayanmasını istədiyini dilə gətirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR