Dünyanın ən isti günü qeydə alındı - BMT rəsmisindən XƏBƏRDARLIQ!

Dünyanın ən isti günü qeydə alındı - BMT rəsmisindən XƏBƏRDARLIQ!

Yer kürəsində milyardlarla insan “ifrat istilik epidemiyası” ilə üzləşir. 

 

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin baş katibi Antonio Quterreş brifinqdə bildirib.

 

Quterreş xatırladıb ki, Avropa İttifaqının İqlim Dəyişikliyi Xidməti Kopernik ilkin olaraq 21 İyul bazarını tarixdə "ən isti gün" elan edib. Lakin bazar ertəsi, iyulun 22-də civə daha da yüksəlib. Üstəlik, ertəsi gün, iyulun 23-ü də eyni diapazonda hava müşaiyət olunub.

 

Bu üç gün bütün müşahidələr tarixində temperatur rekordunu qırıb.

 

BMT-nin baş katibi bildirib ki, planet həddindən artıq isti epidemiyası səbəbilə daha ​​isti və hamı üçün daha təhlükəli olur.

 

İnci


OXŞAR XƏBƏRLƏR