Tarixdə ilk dəfə aviaşirkət qadınların kişilərlə yanaşı oturmamasına qərar verib


Tarixdə ilk dəfə aviaşirkət qadınların kişilərlə yanaşı oturmamasına qərar verib

Hindistanda yerləşən aşağı büdcəli aviaşirkət “IndiGo”, qadınların bilet bron etməzdən əvvəl hansı cinsin yanında oturacağına seçmək imkanı verəcək. Belə ki, sərnişinlər bilet bron etməzdən əvvəl başqa qadının yanında yer seçə bilərlər. Zərif cinsin nümayəndələrinin oturma cədvəli çəhrayı rənglə vurğulanacaq, bununla da bir qadın başqa qadının yanında yer seçə biləcək.



Sfera.az bildirir ki, bron zamanı kişilər bu məlumatı əldə edə bilməyəcəklər, ona görə də onlar bu seçimdən qadınların yanında qəsdən oturmaq üçün istifadə edə bilməyəcəklər. Aviaşirkətin özünü kişi və ya qadın kimi tanımayan, qeyri-ikili müştərilərini bu siyasətə daxil etməyi planlaşdırıb-planlaşdırmadığı bəlli deyil.


Qərarın “səyahət təcrübələrini necə asanlaşdırmaq olar” məzmunlu qadın müştərilər arasında aparılan sorğudan sonra verildiyi bildirilir. Nəticələr göstərib ki, uçuşlar adətən qadın sərnişinlər tək səyahət edərkən və ya dostlarından uzaqda salonda oturarkən narahatlıq yaradır.


Yeri gəlmişkən, 2022-ci ildə “Wizz Air” araşdırması göstərib ki, qadınların 50%-dən çoxu tək səyahət edərkən öz təhlükəsizliklərindən narahatdırlar. Digər tərəfdən, Hindistan qatarlarında qadınları qorumaq üçün, o cümlədən ayrı-ayrı vaqonlarla təmin etmək üçün artıq çoxsaylı tədbirlər həyata keçirilib.
 

"IndiGo qadın sərnişinlərimiz üçün səyahət təcrübəsini artıracaq yeni funksiyanın tətbiqini elan etməkdən qürur duyur. Biz bütün müştərilərimizə misilsiz səyahət təcrübəsi təqdim etməyə qərarlıyıq və bu yeni funksiya öz məqsədəmizə çatmaq üçün atdığımız çoxsaylı addımlardan yalnız biridir" - aviaşirkətin bəyanatında deyilir.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR